Dünən Gündüz Abbaszadə ilə Emin Abbasovun "CBC Sport"dakı verilişində qonaq olan dəyərli bəstəkar Eldar Mansurov bütün dövrlər üçün aktual olan fikiri yenidən təkrarladı: Azərbaycan futbolunda şəxsiyyət problemi var.
Oyunu ilə yüz minlərin sevimlisinə çevirilən futbolçular görmüşük ki, bir hərəkəti ilə hamının gözündən düşüb. Pul yığmaq üçün yubiley edənlər, ildə bir neçə dəfə ad günü keçirənlər, dələduzluqda ittiham olunub içəridə yatanlar.
Belə şəraitdə yaxşı futbolçu, sözünün üstündə duran məşqçi, heç kimin qabağında əyilməyən idarəçi yetişdirmək əhalisinin 70 faizinin hokkeylə məşğul oduğu Finlandiyada Aleksandr Karelin səviyyədə güləşçi axtarmaq kimi bir şeydir.
“Zirə” – “Qəbələ” oyunundan sonra əsəblər tarıma çəkilmiş, hakimlər, “Qarabağ” – “Zirə” dostluğu mövzuları ön plana keçmişdi. Amma Rəşad Sadıqov rahat şəkildə təklifimizi müsbət dəyərləndirib “Üçüncü hissə” verilişinə gəldi. Qonaqlara heç vaxt sualları göstərmədiyimdən Sadıqov da onu nələrin gözlədiyini bilmirdi. Bir saatlıq verilişdən sonra anladım ki, Rəşad bir neçə ildən sonra millinin baş məçqçisi də ola bilər, hər hansı klubun rəhbər şəxsi də. Natiqlik qabiliyyəti, insanları inandırmaq bacarığı, liderlik - bütün bunlar onda var. Və ən əsası aşıb-daşan enerji, zəhmətsevərlik. Əgər elə bilirsinizsə, Sadıqov yalnız milli komanda və “Qarabağ”ı düşünür, yaşayır, yanılırsınız.
“Qarabağ”ın 19 yaşlılardan ibarət komandasının baş məşqçisi olan Rəşad sutkanın 24 saatının 16-da iş başındadır. Deyə bilərsiniz ki, bəs peşəkarlıq? Axı o özünü, oyununu düşünməlidir. Amma fakt Rəşad meydanda da canını qoyur. O, olmayan matçlarda milli də, “Qarabağ” da istənilən səviyyədə oynamır. Sadıqov təkcə futbolçu deyil, Azərbaycan idmanında özünü sübut etmiş qüvvədir, şəxsiyyətdir! Belə insanlara isə indi çox ehtiyac var. O, 5 manata görə əqidəsini qurban verməyəcək, kiminsə sifarişi ilə işləməyəcək, əksinə, yanlış yolda olsa belə, dediyini yeritməyə çalışacaq. Hansısa fikirləri ilə mən də razı deyiləm, həm də tamam ayrı dünyanın adamlarıyıq. Amma Rəşadın müstəqillik dövrünün ən yaxşılarından biri olması heç kimdə şübhə doğurmamalıdır.
Futbolçu kimi çata bilmədiyin arzulara məşqçi kimi çatasan, 14 nömrə!
Elnur MƏMMƏDLİ
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida
Neymar 6 dəqiqəyə dubl edib xilaskar oldu
Bakı Olimpiya Stadionundan yeni - Şəkillər
“Everton” satılır: klub təsdiqlədi
Matteo Darmian bu kluba keçdi
Daha 6 boksçumuz yarımfinalda - Avropa çempionatı