"Elə bilirəm ki, oyun heç-heçə bitib" - Qara Qarayev

"Elə bilirəm ki, oyun heç-heçə bitib" - Qara Qarayev
GÜNDƏM 10 İyun 2017 / 22:46 4759
-  A +

"Layiq olmadığımız məğlubiyyəti aldıq. Möhtəşəm futbol sərgilədik. Ancaq nəticə əldə edə bilmədik. Düşünürəm ki, dünyada futbolu məhz buna görə sevirlər".
 
Qol.az-ın məlumatına görə, bu sözləri millimizin futbolçu Qara Qarayev DÇ-2018-in seçmə mərhələsi çərçivsində Şimali İrlandiyaya uduzduqları oyundan (0:1) sonra söyləyib.
 
Q.Qarayev məğlubiyyəti belə şərh edib: “Oyunda hər şey çatışırdı. Sadəcə, qol vura bilmədik. Necə oldu ki, qol buraxdıq, mənə heç nə aydın olmadı. Fərqlənməsək belə, o qolu buraxmamalı idik. İtaliyanın “İnter” klubu ilə keçirdiyimiz oyundakı şoku indi yenidən yaşayıram. Elə bilirəm ki, oyun heç-heçə bitib. Belə oyunla uduzmaq yaxşı olmadı. Şanssızlıq oldu. Şimali İrlandiya heç də üstün oynamadı. Onlar hətta oyunumuza görə taktiki dəyişiklik də etdilər. İlk hissədəki əvəzetmə zədə ilə bağlı deyildi".
 
O, baş məşqçi Robert Prosineçkinin məğlubiyyəti normal qarşıladığını vurğulayıb: "Baş məşqçimiz də futbolçu olub. Normal qarşıladı. Bu, futbolda olan şeylərdir. Növbəti oyunlarda belə olmamalıdır. Bu kollektivlə, azarkeşlərlə gələcəkdə böyük işlər görəcəyik”.

Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə