"Şimali İrlandiya yığması ən çətin komandalardan biridi. Rəqibin oyun üslubu, futbolçularının fiziki göstəriciləri təhlükəlidi. Buna baxmayaraq, hamımız komandanın yanında olmalıyıq. İnşallah, oyunda olacağam və millimizə uğurlar arzulayıram".
Qol.az-ın xəbərinə görə, bu fikirləri Sport24.az-a açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bildirib.
Millimizin 45 yaşlı sabiq kapitanı karyerasında son oyununu məhz bugüngü rəqibimiz olan Şimali İrlandiya yığmasına qarşı keçirib. Bu, 12 il öncə Belfastda 0:2 hesabı ilə uduzduğumuz rəsmi matçdı: "Elə bir şey olmuşdu. Ancaq aradan çox vaxt keçib və Şimali İrlandiya yığması həmin komanda deyil. Heyət demək olar tam dəyişib. Bilirsiniz, şans insanın əlində həmişə olur. Çalışmaq lazımdır ki, onu buraxmayasan. Rəqib güclü olsa da, ona qarşı inamla çıxmaq, oyuna inamla yanaşmaq lazımdır".
Təcrübəli mütəxəssis bildirib ki, çox da komandamızın üstünə getmək lazım deyil: "Məni o fikirlər narahat edir ki, bunu udduq, artıq final mərhələsindəyik və ya buna qalib gəldiksə, mütləq ordayıq. Ola bilər ki məğlub olasan, ancaq sonradan 2 oyunda qalib gələrək rəqibə çatasan. Millimiz dünya çempionatına çıxmağa çox istəklidi. Gedişat bunu göstərir. Robert Prosineçki başda olmaqla açıqlamalardan görünür ki, Şimali İrlandiyaya qalib gəlməyi çox istəyirlər. Bizim boynumuza düşən vəzifə yaxşı azarkeşlər etməkdi".
Qurbanov millimizədn uğurlu nəticə gözlədiyini söyləyib: "Bizim üçün hər bir qələbə vacibdi. Söhbət dünya çempionatına və ya Çempionlar Liqasının qrupuna düşməkdən getmir. Ümumiyyətlə, beynəlxalq qələbə futbolçu psixolojiyası üçün çox vacibdi. Ölkə üçün bu il bir qələbə qazandıqsa, daha sonra sayı artıra bilərik. Həmişə demişəm, bu gün da deyirəm ki, zəif və ya güclü rəqib fərqi yoxdu, belə turnirlərdə qələbə qazanmaq irəliyə doğru böyük bir addımdı. Buna görə millimizin qalib gəlməyini çox istəyirik".
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida
Neymar 6 dəqiqəyə dubl edib xilaskar oldu
Bakı Olimpiya Stadionundan yeni - Şəkillər
“Everton” satılır: klub təsdiqlədi
Matteo Darmian bu kluba keçdi
Daha 6 boksçumuz yarımfinalda - Avropa çempionatı
Braziliya millisində Ançelottinin uğursuz göstəricisi
Macar klubundan qeyri-adi heyət - Şəkil
Toni Kroos məşqçiliyə başlayır
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər