Azərbaycan milli komandası DÇ-2018-in seçmə mərhələsində iyunun 10-da Şimali İrlandiya yığmasına qarşı keçirəcəyi oyundan başlayaraq mövsümün sonuna qədər meydana “Nike” istehsalı olan formada çıxacaq.
Əvvəlcə onu qeyd edək ki, buna qədər milli komandalarımız “Umbro” şirkətinin istehsalı olan formalardan istifadə edib. AFFA-nın yaydığı xəbərə görə, seçmə mərhələnin digər qarşılaşmaları üçün forma almaq məqsədilə AFFA bir neçə, o cümlədən “Umbro” və “Nike” şirkətləri ilə danışıqlar aparıb. “Nike” şirkəti “Umbro” ilə müqayisədə tələb olunan geyimləri daha tez və 11 faiz ucuz qiymətə təmin etdiyi üçün AFFA ilə “Nike” arasında razılıq əldə olunub.
Bu gün isə AFFA millinin yeni formasını ictimaiyyətə açıqlayıb.
Millimizin yeni oyun forması
Bundan sonra isə sosial şəbəkələrdə formanın müzakirəsi başlayıb və bu müzakirələrdə formalar daha çox tənqid edilib. Əksər istifadəçilər bu formanı oyun deyil, məşq formasına bənzədiblər.
Amma əslində belə deyil. Bu, həqiqətən oyun formasıdır. Maraqlıdı ki, “Nike” şirkəti Azərbaycan da daxil olmaqla bir sıra milli komandalar üçün eyni dizaynlı forma hazırlayır. Bu sırada Fransa, İngiltərə və Braziliya komandalarını göstərmək olar.
Bizim formanın Fransa millisinin hazırda DÇ-2018-in seçmə mərhələsində geyindiyi forma arasında isə heç bir fərq yoxdur. Yəni plagiat demək olar! Ya da "Nike", görünür, bizim bilmədiyimiz hansısa səbəbə görə özünü çox da əziyyətə salmayıb və köhnə-hazır dizaynı bizimkilərə sırıyıb.
Fransanın forması
Hər iki komandanın forması göy rəngdədir, üzərində “Nike” şirkətinin emblemi əks olunub. Fərq yalnız ondadır ki, formanın üzərində iki ölkənin futbol qurumlarının öz loqoları əksini tapıb. Bir də Fransanın forması üzərindəki nömrələr. Vəssalam!
Yəni bir tək nömrə və loqonu çıxmaqla hər şey Fransannın göy rəngli forması ilə eynidir. Maraqlıdı, görəsən, AFFA bu formanı sifariş edəndə fransızlardan fərqli olan yeni nəsə tapa bilməzdi?
Əlbəttə, bilərdi!
Niyə də yox?
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida
Neymar 6 dəqiqəyə dubl edib xilaskar oldu
Bakı Olimpiya Stadionundan yeni - Şəkillər
“Everton” satılır: klub təsdiqlədi
Matteo Darmian bu kluba keçdi
Daha 6 boksçumuz yarımfinalda - Avropa çempionatı
Braziliya millisində Ançelottinin uğursuz göstəricisi
Macar klubundan qeyri-adi heyət - Şəkil
Toni Kroos məşqçiliyə başlayır
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi