Milli komandamızın və “Qarabağ”ın hücumçusu Vaqif Cavadov Qol.Az-a müsahibə verib.
- Sabah Unibank Premyer Liqanın X turu çərçivəsində səfərdə “İnter”lə qarşılaşacaqsınız. Matçın hazırlığı necə gedir?
- Hər şey yaxşıdır. Bütün komanda üzvləri hazırlığa çox ciddi yanaşır. Hamımız “İnter”lə oyunun mahiyyətini yaxşı dərk edirik. Bilirik ki, bu görüşdə qələbə qazana bilsək, çempionatın vahid lideri olacağıq. Bu halda birinci dövrəni də lider kimi başa vura bilərik.
- Bu görüşdə heç-heçə qeydə alınsa, 1 xal sizi qane edəcək?
- Futbolda əvvəlcədən kiminsə qələbə qazanmağını proqnozlaşdırmaq qeyri-mümkündür. Sabahkı oyunda hər iki komandanın qələbə qazanmaq şansı var. Sizin dediyiniz kimi, heç-heçə də ola bilər. 1 xal da pis nəticə deyil, amma biz sabah meydana qələbə qazanmaq üçün çıxacağıq. İstəyirik ki, bu oyundan sonra turnir cədvəlinin zirvəsində qərarlaşaq.
- Kubok oyununda baş məşqçi sənə bir qədər istirahət verdi və yalnız fasilədən sonra meydana daxil oldun. Hazırda özünü yorğun hiss etmirsən ki?
- Yox, elə bir yorğunluğum yoxdur. İndi özümü yaxşı hiss edirəm. Ümumiyyətlə, təkcə mən yox, daha bir neçə əsas heyət üzvünün ehtiyatda qalması əvvəldən nəzərdə tutulmuşdu. Baş məşqçimiz demişdi ki, sizə istirahət verəcəyəm. İndiki halda - ardıcıl oyunlardan sonra bir qədər istirahətə ehtiyacım var idi.
- Son vaxtlar istər millinin, istərsə də klubun heyətində bir çox həlledici qollara imza atmısan. Sabahkı oyunda qol vuracağına söz verə bilərsən?
- Mən proqnoz verməyi xoşlamıram. Qol vurmağımla bağlı isə ümumiyyətlə, heç vaxt əvvəldən nəsə demirəm. Bu sualı mənə Rusiyayla oyundan əvvəl də vermişdilər. Mən isə dedim ki, əsas mənim qol vurmağım yox, komandanın uğur qazanmasıdır. Ola bilər ki, mən 5 oyun qol vurmayım, amma komanda ardıcıl qələbə qazansın. Bu, daha vacibdir. Əksinə mən beş oyun ardıcıl qol vuracağam, komanda isə uduzacaq, bu mənə lazım deyil.
Təbii ki, mən hücumçuyam və işim qol vurmaqdan ibarətdir. Sabahkı oyuna da tam gücümlə hazırlaşmışam ki, komandama fayda verim. Onu da deyim ki, istər millinin heyətində Lixtenşteyn və Rusiyaya, istərsə də klubumun heyətində vurduğum qolda təkcə mənim yox, komanda yoldaşlarımın da böyük rolu olur. Onlar mənə ötürmə verməsələr, necə qol vura bilərəm?
- Dünən “Qarabağ” klubunun rəhbərliyi sizinlə - futbolçularla görüşdü. “İnter”lə oyunöncəsi bu görüş komandaya nə dərəcədə faydalı olacaq?
- “Qarabağ”ın rəhbərliyi hər zaman bizə qayğı və diqqətlə yanaşır. Komandanın qazandığı uğurlarda da bu amilin böyük rolu olur. Lakin son vaxtlar Tahir Gözəlin bir qədər işləri çox olduğundan, görüşə bilmirdik. Nəhayət, dünən o komandayla görüşdü. “İnter”lə matçda bizə uğurlar arzuladı. İnanıram ki, bu görüşün komandaya faydası dəyəcək.
- Unibank Premyer Liqada artıq 9 tur arxada qalıb. Geridə qalan nəticələrə əsasən səncə, çempionluğa real namizəd kimdir?
- Konkret hansısa komandanın adını çəkmək olmaz. Bugünkü gündə bir yox, bir neçə komandanın qızıl medalları qazanmağa şansı var. “Qarabağ”, “İnter”, “Xəzər Lənkəran”, “Neftçi”, “Bakı”. “Bakı” son vaxtlar pis çıxış etməsinə baxmayaraq, bu komanda olduqca güclü heyətə malikdir. Hazırda neçənci pillədə qərarlaşmasından asılı olmayaraq, bu komanda da titulunu qoruya bilər.
- Cari çempionatın səviyyəsi barədə nə düşünürsən?
- Bu mövsümdə səviyyə olduqca yüksəkdir. Ötən mövsüm MOİK, “Bakılı” və ya “Muğan”la oyunlara çıxanda çox rahat olurduq. Düşünürdük ki, asanca qələbə qazanacağıq. Amma indi belə deyil. “Muğan” xeyli güclənib. Söhbət təkcə “Muğan”dan yox, ümumilikdə səviyyədən gedir. İnkişaf hiss olunur.
- Səviyyə artımında çempionatın formatının dəyişdirilməsinin nə dərəcədə rolu var?
- Təbii ki, bunun da rolu var. İndi əvvəlki illərə nisbətən daha çox oyun keçiririk ki, bu da bizim üçün çox yaxşı haldır.
- Son vaxtlar adın bir çox xarici klublarla yanaşı hallanır.
- Bir neçə xarici klublardan təklif almışam. Bu haqda artıq məlumatınız var. Ona görə də bu məsələ haqda çox danışmaq istəmirəm. İndi bütün fikrimi başlıca olaraq “Qarabağ”a yönəltmişəm, ilk növbədə də sabahkı “İnter”lə oyuna. Qışda gələcək karyeramla bağlı ətraflı düşünəcəyəm, sərfəli təklif alsam, ortaq məxrəcə gələ bilsək və əlbəttə ki, “Qarabağ”ın rəhbərliyi də razılıq versə, karyeramı ölkə xaricində davam etdirmək istərdim.
- Rusiyanın məşhur “Sport-Ekspress” qəzeti keçmiş SSRİ ölkələrinin oktyabr ayı üçün ən yaxşı futbolçusunu müəyyənləşdirməyə çalışır. Sevindirici haldır ki, namizədlər arasında sənin də adın var. Bu haqda xəbərin varmı?
- Dünən bu haqda qəzetdə oxudum. Təbii ki, buna görə çox sevindim. İnsan zəhmətinin qarşılığında bu cür xəbərlər eşidəndə çox şad olur. Deməli əziyyətim hədər getməyib.
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Liverpul"a çempionluq yolunda zərbə
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Təəssüf ki, vəziyyətimiz çox üzücüdür" - Kaxaber Sxadadze
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər