Çox təəssüf ki, Avropadakı yeganə ümidimiz olan “Neftçi” də bizləri məyus etdi, Çempionlar Liqasının III təsnifat mərhələsində İsrail çempionu “Hapoel”ə 0:4 hesabıyla uduzdu. Komandamızın məşqçisi Tərlan Əhmədov oyundan sonra keçirilən mətbuat konfransında deyib ki, hələ bu məğlubiyyət hər şeyin sonu demək deyil.
Bəli, mən də razıyam. Qarşıda cavab oyunu var, möcüzə ola bilər (baxmayaraq ki, mən bunu gözləmirəm). Bundan başqa, bu mərhələni uduzsa belə, “Neftçi” Avropa Liqasının pley-off mərhələsində oynayacaq, bu turnirin qrup mərhələsinə düşmək şansını saxlayacaq. Baxmayaraq ki, “Hapoel” səddini aşmaqla bunu rəsmləşdirə bilərdi. Bir sözlə, bundan sonra olacaqları müzakirə etmək fikrində deyiləm.
Sadəcə, dünənki oyunda diqqətimi çəkən, məğlubiyyətə səbəb kimi gördüyüm bəzi məqamları bölüşmək istəyirəm. “Neftçi” niyə uduzdu?
Təbii ki, ilk növbədə çox zəif oynadığı üçün uduzdu. “Hapoel” elə də güclü komanda deyildi və açığını deyim, ilk hissənin gedişi qətiyyən bu cür hesabdan xəbər vermirdi. Sadəcə, “Neftçi” o qədər zəif oynadı ki, rəqib özü də böyükhesablı qələbə qazanmamağın günah olduğunu anladı. Görünür, buna görədir ki, İsrail çempionunun baş məşqçisi hər qoldan sonra meydançaya daha bir hücumçu buraxırdı. “Neftçi”nin müdafiə xətti çox bərbad oynadı. Əslində, hələ “Zestafoni” ilə Bakıdakı qarşılaşmadan sonra mətbuat bununla bağlı həyəcan təbili çalmışdı. Çünki hələ o vaxtdan hiss olunurdu ki, İqor Mitreski çox ağırdı və daha səviyyəli rəqiblərlə oyunlarda çatdırmayacaq. Gürcüstandakı cavab qarşılaşmasında da müdafiədəki boşluqlar çılpaqlığı ilə üzə çıxdı. Dünən bir daha bunun şahidi olduq.
Qapıçı Rauf Mehdiyev də imkanlarından qat-qat aşağı səviyyədə çıxış etdi. Konkret ikinci və üçüncü qollarda onun kobud səhvi var idi. Cavid İmamverdiyev isə deyəsən, “Zestafoni” ilə oyundan sonrakı təriflərin xumarından hələ ayılmayıb. Vobay, Flavinyo və Rəşad Sadiqov isə 1-2 epizodu çıxmaq şərtiylə, heç nə ilə yadda qalmadılar. Kanaresin artıq çəkidən əziyyət çəkməsi də göz önündə idi.
Məğlubiyyətin ən əsas səbəbi isə mənə görə seçilən yalnış taktika idi. Təran Əhmədovun ən böyük səhvi dünənki oyunu sırf müdafiədən qurması oldu. Təbii, başa düşürəm, “Hapoel” “Zestafoni” deyil, üstəlik, rəqiblə səfərdə oynayırıq. Ancaq bu, bizə əsas vermirdi ki, ilk dəqiqələrdən müdafiəyə qapanaq. Mən demirəm ki, elə ilk dəqiqələrdən arxanı boş buraxıb hamılıqla hücuma atılmalıydıq. Xeyr. Əlbəttə, müdafiəyə xüsusi diqqət ayırmalıydıq. Ancaq yenə deyirəm, bütünlüklə arxaya qapanmamalıydıq. “Neftçi”, sadəcə, öz oyununu oynamalı idi. Həmişə görməyə adət etdiyimiz oyununu. Top saxlamaq, qısa ötürmələr, ani ara pasları və sürətli əks-hücumlar. Necə ki, “Zestafoni” ilə səfər qarşılaşmasında məhz bunun hesabına məğlubiyyətdən qurtulduq.
Ancaq dünən komanda mərkəzi rəqibə verib tamamilə arxaya qapanmışdı. Hətta Vobay belə top götürmək üçün öz cərimə meydançamıza qədər gəlirdi. Heç olmasa, 0:1-dən sonra bu taktikanı dəyişmək olmazdı? Axı nəyə görə qorxaq futbol oynadıq ki, rəqib də ard-arda qolları sıraladı? “Hapoel”in baş məşqçi də sanki bunu görürmüş kimi, ard-arda oyuna üçüncü, dördüncü hücumçunu buraxaraq daha çox qol vurmağa çalışırdı. Amma ikinci qoldan sonra taktiki dəyişiklik edib irəli çıxmaq, rəqibi öz qapısına doğru sıxmaq olardı. Əhmədovun mənə qaranlıq qalan daha bir addımı Mitreskini 90 dəqiqə meydançada saxlaması oldu. Axı, bu futbolçunun ağır olması, çatdırmaması görünürdü. İlk qolda penaltiyə səbəbkar oldu, ikinci qolda həm süni oyundankənar vəziyyət yarada bilmədi, həm də rəqib hücumçunu gözdən qaçırdı, üçüncü qol da onun nəzarət etməli olduğu mərkəzdən vuruldu. Olmazdı ki, Əhmədov Mitreskini əvəzləyib Saşa Yunisoğlunu meydançaya buraxaydı? Uduzuruq, uduzuruq elə qoy, öz oyunçumuzla uduzaq da.
Artıq Çempionlar Liqasının qrupu bizim üçün xəyaldı. İndi toparlanıb dünənki oyundakı səhvlərdən nəticə çıxarmaq və növbəti oyunlarda bu səhvləri təkrarlamamaq lazımdır. “Hapoel” səddini keçməsək belə, Avropa Liqasının pley-off səddini keçib qrup mərhələsinə vəsiqə qazanmaq istəyiriksə.
Anar XANLAROV
Həyat yoldaşı vəfat etdi
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar
"Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir"
İkardinin “Latsio”ya transferi təxirə düşdü
"Heç kimdən üzr istəməyəcəyəm"
Ronaldo “Əl-Nəsr”i almağa hazırlaşır?
Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı!
“Bayer”dən Benzema açıqlaması
La Liqanı Premyer Liqa ilə müqayisə etdi
Simon Banza Yunanıstan klubuna keçdi
Puxaç: "Onların dəyəri yüz milyonlarla avrodur" - Video
"Araz-Naxçıvan" iki legioner futzalçı transfer etdi
Azərbaycan 1-ci liqasının nöqsanları
Çempionlar Liqasının finalları bu şəhərlərdə
"Trabzonspor" onunla danışıqlara başladı
UEFA Superkuboku Qazaxıstanda - Rəsmi
Qalmaqallı VAR qərarına görə hakimlər cəzalandırıldı
"Arsenal"dan Arteta qərarı
AFFA "Kəpəz"i cərimələdi
Rodri: "Çempionlar Liqasının favoriti deyilik"
"Fənərbaxça"nın uğursuz çıxışı tənqid olunur
“Əsas millimizdə oynamaq istəyirəm. Niyə də yox?” - Video
"Milan"dan ayrılan Bennaser Qətər klubuna keçdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
Azərbaycandan ayrıldı, aşağı liqa klubuna keçdi
"Sabahın ulduzları": "Zirə" və "Sabah"dan qələbə