Bu gün “İnter” - “Qəbələ” matçından sonra keçirilən mətbuat konfransında qalmaqal yaşandı. Baş verənləri Qol.Az-ın müxbiri də canlı izləyib. “İnter”in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov mətbuat konfransını açıq elan edərək sözü “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədova verdi. Məmmədov isə kinayə ilə bircə kəlmə “Göstərdikləri oyuna görə futbolçularıma sağ ol deyirəm” deyərək susdu. Bundan sonra isə sözə Valentin Xodukin başladı: “Erkən qol vurmağımız işimizə yaradı. Rəqibin müdafiə xətti kobud səhvlərə yol verdi. Biz isə bundan istifadə edərək erkən qollar vurduq. Sonra isə...” Bu zaman özünü saxlaya bilməyən Məmmədov həmkarının sözünü kəsərək ona çox sərt reaksiya verdi: “Siz mənim komandamın oyununu niyə şərh edirsiniz? Öz komandanızın oyununu şərh edin. Siz hansı əsasla deyirsiniz ki, mənim komandamın müdafiə xətti kobud səhvlər etdi?”. Xodukin isə “Mənim 70 yaşım var, məşqçiyəm futbolu da yaxşı bilirəm” deyə qarşı tərəfin cavabını verdi. “Qəbələ”nin baş məşqçisi isə bu dəfə sözün əsl mənasında hirslənərək: “Sənə dedim öz oyununu şərh elə, mənim komandamın adından danışma”. Bundan sonra ayağa qalxan Xodukin zalı tərk etmək qərarına gəldi. Yolüstü jurnalistələrə üzünü tutaraq “mənə sualı olan var?” dedikdən sonra isə ondan hakimliyin səviyyəsinə münasibət bildirməsini istədilər. Ukraynalı isə uzun pauzadan sonra özündənrazı şəkildə “hansı mənada? Mən oyunu 5:0 udmuşam. Kənanın sayılmayan qolunu deyirsiniz? Ona qalsa, mənim də iki qolumu oyundankənar vəziyyət kimi qeydə alıb saymadılar”. Bu sözü deyən Xodukin konfrans zalını tərk etdi. Yolüstü əlini Ramiz Məmmədova tərəf uzadaraq dilinin altında nə isə deməyi də unutmadı. Məmmədov da zalda çox qalmadı. Hakimlikdən kəskin narazı qalan “Qəbələ”nin baş məşqçisi “yayda komandada ciddi dəyişiklər ola bilərmi” sualına qısa və konkret cavab verdi: “Allah ömür versin, ona kimi yaşayaq, sonra baxarıq”.
Sonda onu da qeyd edək ki, Məmmədov konfrans zalını tərk edərkən jurnalistlərə xitabən: “Yəqin baş verənlərə görə məni başa düşərsiniz. Qəzəbimin və hirsimin sizə heç bir aidiyyatı yox idi. Belələri (Xodukini nəzərdə tutur-red)adamı bu cür vəziyyətə gətirir...”
Salah Lemparda çatdı
"Nəticə bizi məyus etdi”
“Ayaqlarım imkan verdiyi müddətcə oynamağa davam edəcəyəm”
Hələlik ən çox qol vuran futbolçu odur
Dembele yenidən zədələndi
"Sumqayıt"ın 3 qollu qələbəsi - Video
"Hakimlik haqda danışmağı xoşlamıram" - Saşa İliç
“Barselona”nın sabiq futbolçusu BƏƏ klubuna keçdi
"Çempionat hamı üçün ağırdır" - Elmar Baxşıyev
"Sumqayıt" və “Turan Tovuz”dan qələbə
“İnter” səfərdə minimal hesablı qələbə qazandı
Tovuz stadionunun yenilənmiş meydançasında 3 qol - Video
Premyer Liqa klubu baş məşqçini istefaya göndərdi
"Sumqayıt" - "Araz-Naxçıvan": Heyətlər
Ştegen noyabrın sonunadək meydana qayıda bilər
Qrizmann La Liqanın tarixinə düşdü
Tovuzda heyətlər açıqlandı
Azərbaycan millisinin İslamiada üçün heyəti bilindi
Yamal sevgilisindən ayrılıb
Ötən gecə zədələnən Arda Gülerin durumu necədir?
"Qarabağ"ın rəqibi hücumçusunu itirdi
Ronaldodan sonra Mbappe də bacardı
Ronaldonun dublu qələbə qazandırdı
"Real" rəqibini belə darmadağın etdi - Video
“Müdafiədə daha yaxşı oynamalıyıq” - “Çelsi”nin baş məşqçisi
“Qarabağ”la oyun öncəsi qələbə qazandılar
161 gün sonra yenidən Tovuzda!
"Qalatasaray" "Trabzonspor"la bərabərə qaldı
"Bavariya" "Bayer"ə böyük hesabla qalib gəldi
“Din mövzusuna toxunmağım doğru deyildi”
Təkbaşına düz 18 min 227 dəfə mərc edib…
“Həmişə Yamalı müdafiə edəcəyəm”
“Pedirinin zədəsi bizi çətin vəziyyətə saldı”
Azərbaycan cüdoçusundan növbəti qızıl medal
"Atletiko" "Sevilya"nı məğlub etdi
“Mançester Yunayted” heç-heçəyə razılaşdı
Misli Premyer Liqasında 1 oyunda 6 qol - Video
Konqo millisinin üzvü Azərbaycan klubuna transfer olundu
Samir Abasov: "Qələbə elə şeydir ki, çox şeyə göz yumursan"