“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 2-ci turunda “Keşlə” ilə oyundan (0:0) sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Qol.az xəbər verir ki, o, görüşün heç də asan olmadığını bildirib.
- Qalib gəlmək istəyirdik, 1 xal qazandıq. Futbolçular çox əziyyət çəkdilər. Motivasiyası yuxarı olan komandaya qarşı oynadıq. Hər bir futbolçumuza qarşı sərt oynayırdılar. Bu, məni sevindirdi. Uzun müddətdən sonra istədiyimiz oyunu göstərməkdə çətinlik çəkirdik. Bu oyunu burda saxlayıb, qarşıdakı matçlara hazırlaşmalıyıq. 5 gün sonra “Molde” ilə üz-üzə gələcəyik. Ümid edirəm ki, həmin oyunda daha yaxşı formada olacağıq.
- Xayme Romeronu meydanda görmədik. Bədavini erkən əvəzlədiniz, Mahir isə zədələndi...
- Bədavidə ehtiyatlandıq. Yorğunluğu var idi. Mahirin əvəzlənməsi planlarımıza daxil deyildi. Bədavini meydanda saxlaya bilərdik, amma risk etmək istəmədik. Xayme son iki gündə əvvəlki kimi məşq edib. Sabah və ya biri gündən komanda ilə məşqlərə qoşulacaq. Qarşıdakı oyuna tam hazır olmayacaq. Mahirin zədəsi ciddi görünür. Sərt zərbə aldı və ayağı burxuldu. Sabah dəqiq biləcəyik.
- UEFA-nın “Molde”yə qarşı matçı neytral meydana salması komandanın motivasiyasına necə təsir edir?
- Motivasiya yüksək olmalıdır. Belə qərarlar bəzən motivasiyanı verir, bəzən də əksi baş verir. Belə qərar verilməsəydi, daha rahat olardı. Bizə təsir edən odur ki, oyuna az vaxt qalmış belə qərar oldu. Biz düşünürdük ki, matç Bakıda olacaq. Ora getməklə bağlı bəzi məsələlər var ki, zaman istəyir. Ancaq sonra bu cür qərar verildi. Başqa çıxış yolumuz yoxdur. Komandaya yüksək motivasiya verməyə çalışırıq. Bəzən də bu, futbolçulara mane olur və komandaya ziyan verir. Motivasiya olsun, amma bizə lazım olan qədər. Buna da şübhəm yoxdur.
- İlk hissədə rəqibin iki yaxşı qol imkanı var idi. Şahruddin bunların birindən sonra dedi ki, uşaqlar, qol buraxmamış oynamayacaqsınız? Buna münasibətiniz necədir?
- Haçansa ola bilər ki, belə hal yaşanıb və onun beynində qalıb. Məncə, normaldır. Futbolda belə şeylər olur. Bəlkə də, bunun faydası olub. Belə iradlar da lazımdır.
- “Molde” “Qarabağ”la oyun üçün 8 hücumçu sifariş edib.
- Hücumçuları çoxdur, amma meydanda 1-2-3 hücumçu olacaq. Buna uyğun hazırlaşacağıq. Ola bilər ki, hansısa gənc oyunçuları var. Bu məsələni çox düşünməyəcəyik. Meydana çıxacaq oyunçulara qarşı düzgün oyun qurmağa çalışacağıq.
- Qurban Qurbanovun oğlu yox, futbolçu Musa Qurbanovu bu mövsüm meydanda görə bilərikmi?
- Ola bilər. Eləcə də digər gənc futbolçularımız oynaya bilər.
- Yaxın günlərdə yeni transfer olacaq?
- Hazırda belə bir futbolçu yoxdur. Danışıq apardığımız futbolçular çox idi, ancaq indi say azalıb. İnanmıram ki, tezliklə yeni transfer olsun.
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Liverpul"a çempionluq yolunda zərbə
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Təəssüf ki, vəziyyətimiz çox üzücüdür" - Kaxaber Sxadadze
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı