“Sabah”ın sabiq baş məşqçisi Elşad Əhmədov Qol.az-a müsahibə verib.
- Hazırda nə işlə məşğulsunuz?
- İstefa verdikdən sonra “Sabah”dan ayrılmamışam. Klub prezidenti Maqsud Adıgözəlovla söhbətimiz oldu. O, mənim klubda qalmağımı istədi. Hazırkda prezidentin müşaviri vəzifəsini icra edir. Həm də “Sabah” futbol akademiyasının koordinatoruyam
- “Sabah”ın çempionatdakı çıxışları haqda nə deyə bilərsiniz?
- Komandanın son oyunlarına əsasən deyə bilərəm ki, nəticə olaraq ortada nəsə var. 4-cü turdan sonra istefa verdim, daha sonra baş məşqçi postuna İqor Ponomaryov gəldi. Amma bilinirdi ki, o, az işləyəcək. 2 qələbə, 2 məğlubiyyət, 3 heç-heçə qeydə alındı. Bu o deməkdir ki, nəsə irəliləyiş oldu.
- Komandada yenidən baş məşqçi dəyişikliyi oldu. “Sabah”ın sükanı arxasına xorvatiyalı mütəxəssis Jelko Sopiç gətirildi. Yeni baş məşqçidən gözləntiləriniz nədir?
- Klubun öz strategiyası var. Daha çox yerli gənc futbolçuları oynatmaq barədə fikirləşirlər. Yeni baş məşqçinin ola bilər ki, öz fikri, strategiyası olsun. İlk olaraq, Sopiçə uğurlar arzulayıram. “Sabah” üçün düşərli olsun. Gözləntilər haqqında 1-2 oyundan sonra nəsə deyə bilərik. Görmədiyimiz şey haqqında danışmaq düzgün deyil. Fikrimcə, yeni baş məşqçinin işini qış fasiləsindən sonra keçiriləcək oyunlarda görə biləcəyik.
- Qeyd etdiniz ki, “Sabah” futbol akademiyasında çalışırsınız. Klubda uşaq futboluna maraq, diqqət, ümumilikdə uşaq futbolu üçün görülən işlər nə yerdədir?
- “Sabah”da uşaq futbolu üçün çox yaxşı işlər gedir. Bildiyiniz kimi, bu işlər üçün “Dinamo”dan (Zaqreb) məşqçi gətirilib. O, işlərə rəhbərlik edir. Seleksiya işlərimiz olub. Amma biz daha çox bu işlərdə regionlara fikir veririk. Özüm də seleksiya işləri üçün 4-5 dəfə Salyan, İmişli, Saatlı zonasına getmişəm. 4 rayona getdik və demək olar ki, rayonlardan az da olsa yaxşı oynayan uşaqların adlarını yazmışıq. Onları “Sabah”a götürmək istəyirik. Bu, Bakıdakı seleksiya işlərindən sonra məlum olacaq. İş gedir, inanıram ki, bundan sonra daha yaxşı olar.
- Çempionatımızın oyunları sizi razı salır?
- Hamı deyib, mən də deyirəm, 8 komandalı çempionat maraqlı deyil. Çempionluğa tək “Qarabağ” oynayır. Rəqabətin olmaması “Qarabağ”ın Avropa Liqasında keçirdiyi oyunlarda özünü göstərir. Bu səbəbdən komanda çox problemlərlə üzləşir. Rəqabət yuxarı səviyyədə deyil.
- Sizcə, çempionatımızda rəqabətin olmamasının səbəbi sırf komanda sayının az olması ilə bağlıdır?
- 2008-2014-cü illərdə çempionat daha maraqlı idi. Həmin vaxt yerli futbolçuların səviyyəsi indikindən üstün idi. Həm də o vaxt çempionatımıza daha səviyyəli legionerlər gəlirdi. Qeyd etdiyim illərdə çempionatda komanda sayı çox idi. Onların 5-6-sı çempionluğa oynayırdı. Hazırda yerli futbolçuların keyfiyyətinin də yüksək olmaması, legionerlərin sayının artırılmaması səbəbindən rəqabət mənfiyə doğru gedir. Yerli futbolçuların səviyyəsi o dərəcədə yüksək deyil, varsa da bu, çox azdır.
- Bildirdiniz ki, bölgələrə gedib seleksiya işlərini daha çox orada aparırsınız. Çempionatda bölgə klublarının olmaması işinizə nə dərcədə təsir edir?
- Çox, lap çox dərəcədə. Əlbəttə ki, çempionatda “Kəpəz”, “Xəzər Lənkəran”, “Karvan”, “Simurq”, “Şahdağ” kimi komandalar oynamalıdır. Onlar olsa, çempionatda daha çox rəqabət olar və yerli oyunçular üzə çıxa bilər.
- Bu həftədən Azərbaycan kubokunun oyunları başlayır. Necə düşünürsünüz, “Sabah” bu mövsüm Azərbaycan kubokunu qazana bilər? Kubok oyunlarından gözləntiləriniz nədir?
- Bir qədər çətin sualdır. Amma bacardığı qədər irəli getmək şansı var. “Sabah” “Ağsu”nu keçib, "Qəbələ”yə rəqib ola bilər. Məncə, püşk yaxşıdır. Komanda “Neftçi” və “Qarabağ”a da rəqib ola bilərdi. Bu baxımdan haradasa finala qədər irəliləmək şansları var. Finalda kiminlə görüşəcəklər? Bunu demək bir qədər çətin məsələdir.
Azad NURİYEV
UEFA-dan AFFA-ya məktub
"Sabah"ı lider edən qələbə - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq
1-ci liqada 2 oyun keçirildi
Şahruddin Almaniyada əməliyyat olundu
"Liverpul"un futbolçusu "Tottenhem"lə oyunu buraxacaq
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Mançester Yunayted"də qalır
İdman jurnalistləri arasında intellektual yarış keçirilib
Tiaqo Silva klubundan ayrıldı
"Milan" "Vest Hem"in hücumçusunu transfer edir
İngiltərə kubokunda yarımfinal cütləri məlum oldu
"Maynts" – "Samsunspor" oyununu yayımlayacaq kanallar
Mariya Stadnik "Yanıq Kərəmi"nə oynadı - Video
Misli.az-da ardıcıl 2 böyük uduş!
Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
Ançelottinin oğlu istefa verdi