"Neftçi"nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının 10-cu turunda "Qarabağ"la oyundan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az xəbər verir ki, o, əvvəlcə matç haqda danışıb.
- Gözəl oyun oldu. Hər iki komanda yaxşı çıxış etdi. Əgər bu matçı boksla müqayisə etsək, bizdə bir neçə xal daha çox oldu. Çoxlu qol epizodları yaratdıq. Hətta qol da vurduq, ancaq sayılmadı. Futbolçuları bu oyuna görə təbrik edirəm.
- 4 qələbədən sonra heç-heçə etdiniz. Çoxlu epizodlar oldu, ancaq fərqlənə bilmədiniz. Bu, problemdir, yoxsa müsbət hal kimi dəyərləndirmək də olar?
- Problem o olardı ki, qol epizodları yaratmayaq. Böyük komandaya qarşı bu qədər şans əldə etmək müsbətdir. Hətta qol da vurduq, ancaq sayılmadı. Həmin epizoda baxmaq istədim. Eyni zamanda Turalın yerdə qaldığı epizpodu izləmək istədim. Ancaq hələ mümkün olmayıb. Baxdıqdan sonra fikirlərimi bildirərəm.
- Boks hesabı ilə bir neçə xal öndə olduğunuzu dediniz, ancaq futbol dili ilə 8 xallıq fərq davam edir...
- Mən boks məsələsini zarafatyana dedim. Fikrim komandanın sona qədər yaxşı oyun göstərməsi ilə bağlı idi. 8 xal fərqi böyükdür. Ancaq qarşıda oyunlar var. Növbəti matçlarda maksimum xal toplayıb fərqi azaltmağa çalışacağıq.
- Rəhbərlik komandanın oyunundan və nəticədən razı qaldımı?
- Son 4 matçda qələbə qazanmışıq. Bu gün də heç-heçə etdik. Eyni zamanda komanda gözəl futbol göstərdi. Hesab edirəm ki, rəhbərlik də razıdır. Hər oyuna belə yanaşmalıyıq.
- Son qələbənizlə bağlı demişdiniz ki, artıq yaralarımızı sağaldıb ayağa qalxmışıq. Bundan sonrakıları necə dəyərləndirə bilərsiniz?
- Problem o halda olardı ki, biz uduzardıq. “Qarabağ” Avropa Liqasının qrupunda top-klublara qarşı mübarizə aparır, çox güclü rəqibdir. Bu matç göstərdi ki, komandamızda ciddi problem yoxdur, hər şey yolundadır. Qələbəyə köklənmişdik. Fərqi azaltmaq istəyirdik. Təəssüf ki, alınmadı.
- Oyunun sonlarında meydandan kənarda gərginlik var idi. Nə baş verirdi?
- Sadəcə, Almeydaya qarşı təhlükəli oyun qeydə alınmışdı. Ona başa salmaq istəyirdim ki, bir qədər əvvəl Mustivara qarşı da eyni şey olmuşdu. Xırda anlaşmazlıq oldu. Oyundan sonra danışıb, yoluna qoyduq.
- “Neftçi” bu gün bir xal qazandı, yoxsa iki xal itirdi?
- Oyundan razı qaldım. Futbolçular son saniyəyə kimi hücuma köklənmişdilər, qələbə qazanmaq istəyirdilər. Deyərdim ki, 2 xal itirdik. İki epizoda bir daha nəzər yetirəcəyəm. Əgər haqlı qərarlar deyilsə, biz indi qələbəmizdən danışırdıq. Sakit başla baxmaq lazımdır. Bu matç bitdi, gələcək barədə düşünmək lazımdır.
"Real" Rodri transferi üzərində işləyir
Azərbaycan millisinin məşqindən - Şəkillər
Ronaldo qayıtdı - Şəkil
"Milan"ın futbolçusu zədəsini sağaltdı
"Afrika Millətlər Kubokunun Seneqaldan alınması oğurluqdur"
"Bavariya" üçün şad xəbər
"Nəticə bizim üçün vacibdir" - Emin Mahmudov
Türkiyə millisinin oyununu yayımlayacaq kanallar
AFFA bu komandalara texniki məğlubiyyət verdi
Arteta, Hau, Moyes…
ÇL oyununa görə PSJ-nin matçı təxirə salındı
AFFA İntizam Komitəsinin qərarları
Asiya kubokunun püşkatma mərasimi təxirə salındı
Azərbaycan – Sent Lüsiya oyununun hakimləri açıqlandı
"Neymarsız dünya çempionatını təsəvvür edə bilmirəm"
Qattuzo: “Bu, karyeramın ən vacib oyunu olacaq”
"Salahın yerini doldurmaq çox çətin olacaq" - Cerrard
Azərbaycanda işləmiş məşqçi ağır xəstəliyə tutulub
UEFA-dan "Benfika"ya cəzalar
Mbappe: “Yayılan xəbərlər doğru deyil”
"Real"ın futbolçusunun derbi cəzası bəlli oldu
Dünya çempionatında stadionların boş qalmaq təhlükəsi var
"Qalatasaray"ın ulduzu "Real"a keçə bilər
Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı
"Yuventus" onu göndərməyə hazırlaşır
Seneqalın apellyasiya şikayəti qeydə alındı
Arbeloa qələbədən sonra oyunçularını belə mükafatlandırır
"Liverpul" Slotla bağlı hansı mövqedədir?
"Əl-Nəsr" Salahın maaşını üçqat artırmağa hazırdır
Kazemironun müqaviləsindəki maneə aradan qaldırıldı
"Milan" azarkeşlərinə qadağa qoyula bilər
Baş məşqçi hakimi tənqid etdiyinə görə cərimələndi
“Liverpul”u tərk etməyi planlaşdırır
“Arsenal” yoxlama oyunu keçirəcək
Azərbaycan millisinin yeni məşqindən - Şəkillər
Kolin Kazım baş məşqçi oldu
"Liverpul" Salahın yerini onunla doldurmaq istəyir
Azərbaycan - Portuqaliya oyununun hakimləri açıqlandı
"Real" Vinisiusla yeni müqavilə imzalayır
"Barselona"nın əsas transfer hədəfi