“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Qol.az-ın suallarını cavablandırıb. O, komandanın durumu və qarşıdakı oyunlardan danışıb.
- "Qəbələ"də hazırda əhval-ruhiyyə necədir? Komandaya rəhbərlik etdikdən sonra nəyi dəyişə bilmisiniz?
- Çalışırıq ki, hər şeyə təzədən başlayaq, hər oyuna başqa bir istək və motivasiya ilə çıxaq. Ümumi götürsək, komandada durum yaxşıdır. Fərq odur ki, uşaqlar artıq yaxşı nəticə və bir-birinə inam qazanırlar. Özləri də hiss edirlər ki, hər bir rəqibə qarşı oynamaq olar. Mən heç nəyi dəyişdirməmişəm. Əsas icra edən futbolçulardır. Onlar özlərində nəyisə dəyişirlər və nəticə də özünü göstərir.
- Futbolçularda psixoloji durum qaydasına düşüb?
- Psixoloji durumun pis olmağın hiss etmirik. Çalışırıq ki, pozitiv olaq, yaxşı şeylərin üstündə dayanaq.
- Hazırda 5 xalla 7-ci pillədəsiniz. 2-3 cü yerlə aranızda 6 xal fərq var. Yuxarı pillələr üçün mübarizə çətin olmayacaq?
- Qarşımıza məqsəd kimi yuxarı pillələrə qalxmağı qoymamışıq. Sadəcə, komandanı qarşıdakı oyuna kökləyirik. Çalışırıq ki, komanda oyundan-oyuna komponentlərdə artımı bizə hiss elətdirsin, istəyi saxlasın. Məqsədimiz çempionatın ilk pillələrin fikirləşmək yox, hər bir qarşıdakı oyundur.
- Heyətinizdə gənc futbolçular üstünlük təşkil edir. Necə fikirləşirsiniz, bu komanda uğurlu nəticə üçün yetərlidirmi?
- Özünüz də görürsünüz ki, gənclərimiz oyundan-oyuna öz sözlərini deyirlər, bacarıqlarını göstərirlər. Bu mövsüm üç qol vurmuşuq. Hər üçünü də gənclərimiz vurub. Bu da bizi sevindirir. Yenə deyirəm, görüləsi işlər çoxdur. Biz hələ heç nə etməmişik. Hələ başımızı aşağı salıb, məşqlərdə və oyunlarda daha artığını etməliyik.
- Adətən dünya futbol təcrübəsində görürük ki, müvəqqəti məşqçi gəldikdən sonra komanda yaxşı çıxış edirsə, məşqçi işini davam etdirir. Klub rəhbərliyinin sizinlə komandada qalmağınızla bağlı söhbəti olubmu?
- Mən o barədə heç nə düşünmürəm. Nə məqsədə uyğundur, nə qərar veriləcək ona da hörmətlə yanaşmalıyıq. Komandanı bu durumda götürəndə dedilər ki, əsas komandanın vəziyyətini yaxşılaşdırmaqdır. Qarşıda nə olacaq, onu zaman göstərəcək.
- Baş məşqçi kimi işinizi davam etdirmək istərdiniz?
- Bu, rəhbərliyə aid sualdır. Onlar cavab versə, daha yaxşıdır.
- Növbəti turda evdə “Qarabağ”la qarşılaşacaqsınız. Hazırda lider olan komanda indiyədək maksimum nəticə əldə edib. Bu, sizi qorxutmur?
- “Qarabağ”ın gücü hamıya bəllidir. Qorxutmur deyəndə ki, niyə qorxmalıyıq ki? Rəqibimizin çox güclü bir kollektivi var. Azərbaycanın ən güclü komandasıdır. Asan təslim olmayacağıq.
- Heyətinizdə tkilər var?
- Diz bağları qopan Rasim Ramaldanov Türkiyədə əməliyyat olunacaq. Ən azı 4 ay meydana çıxmayacaq. Ondan başqa zədəli futbolçumuz yoxdur.
Məftun RƏSULZADƏ
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu