"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsinin II turunda səfərdə Lüksemburqun "Düdelanj" klubuna 4:1 hesabı ilə qalib gəldikləri oyundan sonra Qol.az-a müsahibə verib. O, əvvəlcə matç haqda danışıb.
- Həqiqətən də gözlənilməz nəticə oldu. Rəqib ilk oyunda APOEL-i 4:3 hesabı ilə udmuşdu. Çox ciddi hazırlaşmışdıq. İlk dəqiqələrdən aqressiv oynamağa çalışdıq. Rəqibə oynamağa imkan verməmək istədik. Çünki topla rəftar edən komandadır. Kifayət qədər qol şansları oldu. Mühüm olan qələbədir. Böyük hesabla qalib gəlmək önəmlidir. Çünki ilk turda 0:3 hesabı ilə uduzmuşduq.
- Son matçlarda çıxış etmirdiniz. Bunun səbəbi nə idi?
- Xəstələnmişdim. Bakıda virus dolaşır. Məşqlərdən kənarda idim. Qurban müəllim hər oyunçunun tam hazır olmasını istəyir. Bu, onun iş prinsiplərindən biridir. Mənə nə zaman etimad göstərsə, meydana çıxmağa hazıram. Şans verdi və bundan istifadə etməyə çalışdım.
- İkinci qoldan sonra təxribata əl atıldı. Həmin anlar barədə fikirləriniz necədir?
- Gözlənilməz oldu. İkinci qoldan sonra gördüm ki, qapımızın üstündən dron uçur və üzərində bayraq var. Bayraq dedim, bunu əski adlandırardım. Onun dalınca qaçmağa başladım ki, o yerə enməsin. Heç enmədi də. Hakimə yaxınlaşdıq ki, bu yerə enməməlidir. Hakim dedi ki, sizi başa düşürəm, amma meydandan çıxmalısınız. Əvvəlcə razılaşmırdıq. İstəmirdik ki, yerə ensin. Hakim (Con Biton) də anlayan insan idi. Bizə qarşı sərt olmadı. Çalışdıq ki, əski parçası yerə düşməsin. Fasilə elan olundu. Lüksemburqun idman naziri bizdən üzr istədi. Ona dedik ki bu, həsas məsələdir. Qondarma bayraq qalxsa, oynamayacağımızı bildirdik. Qurban müəllim bizimlə söhbət etdi. O dedi ki, təxribat bizə təsir etməməlidir və bizim üçün 3 xal önəmlidir. Aqressiya olmadan oyuna davam etməli idik. Hakim bizə son xəbərdarlığı etdi ki, belə şey olsa, oyunu dayandıracağam. Fasilədən sonra qırmızı və sarı vərəqələr almadıq. Çox legionerimiz olsa da, onlar da bu məsələyə ciddi yanaşdı. İkinci hissədə bu hal təkrarlanmadı. Konsentrasiyamız pozulmadı. Hamı var qüvvəsi ilə mübarizə apardı.
- Bir an hamı azərbaycanlı azarkeşlər tərəfə getdi.
- O məqamlar çox qarışıq idi. Bizi də itələyirdilər. Ehtiyat oyunçular ora getmişdi. Çalışdıq ki sakitləşək, paltardəyişmə otağına gedək. Hər jest və əl hərəkəti vərəqə ilə nəticələnir.
- Bu qələbə ilə qrupdan çıxmaq yolunda inamlı addım atdınız?
- Hamı qrupdan çıxmaqdan danışır. Kim “Qarabağ”ı sevirsə, qrupdan çıxmağını istəyirsə, bu barədə danışmasın. Qarşıdakı oyunlarla bağlı fikir bildirsinlər. Futbol ictimaiyyəti, azarkeşlər və futbolçular APOEL-lə oyunu düşünməlidir. Qrupdan çıxmağı fikirləşməsinlər. Bu, hamıya aiddir. Hər oyuna final kimi yanaşmalıyıq. Qrupdan çıxmağı düşünmək yalnız komandanın ziyanına olacaq. Oyunda-oyuna fikirləşməliyik.
Flikin "Barselona"sı Valverdenin rekorduna yaxınlaşır
Dörd gün ərzində iki qırmızı vərəqə aldı
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
"Titullar meydanda qazanılır"
"Kristal Pelas"da Şon Dayç dövrü başlaya bilər
"Son oyunundan məmnun qalmadım, rotasiya etdik"
"Tottenhem"dən ağır məğlubiyyət
Səfər qadağası "Ayaks" azarkeşlərini dayandırmadı - Video
Nəriman ilk oyunundan paylaşım etdi - Şəkillər
Sonuncu pillədə yer alan klubda yeni baş məşqçi təyinatı
"Barselona" liderliyini möhkəmləndirdi
"Mançester Siti" final matçına itki ilə çıxacaq
Azərbaycan millisinin yekun heyəti açıqlandı
İrqçi təhqirlərə görə Premyer Liqa matçı dayandırıldı
"Barselona" futbolçularından sabiq ulduza ad günü jesti
Kökçünün komandası yenə uduzdu
Bakıya gələ bilməyən millinin baş məşqçisi istefa verdi
Tanınmış futbolçu karyerasını bitirdi
Emin Mahmudov Qurban Qurbanova çatdı
Mikels Nasimovun rekordunu təkrarladı
Mahir Emreli Miroslav Kloze ilə görüşdü - Şəkillər
Modriç "Top-5" liqalarında 2-ci oldu
665 gün sonra meydana qayıtdı
Yaxın Şərqdəki vəziyyətə görə Bakıya gələ bilməyəcəklər
Azərbaycan futzal millisinin heyəti açıqlandı
"Çelsi"nin böyük hesablı məğlubiyyəti - Video
Zamiq Əliyevin komandasından heç-heçə
Azərbaycanlı futbolçunun komandası 4 qolla qalib gəldi
"Liverpul" Salahı itirdi
“Bavariya” və “Borussiya”dan qələbə
Nəriman Axundzadə MLS-də debüt etdi
"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək
Əllə oyun olsa da, hakim penalti təyin etmədi - Şəkil
Bundesliqa matçında 6 qol vuruldu, qalib bəlli olmadı
"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi
"Liverpul"dan 10 ildən sonrakı ilk antirekord
"Barselona" onunla sağollaşa bilər
"Turan Tovuz" "Qəbələ"ni belə məğlub etdi - Video
Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək
"İddialı danışmaq üçün hələ çox tezdir" - Kurban Berdiyev