"Qarabağ"ın futbolçusu Riçard Almeyda Çempionlar Liqasının III təsnifat mərhələsinin APOEL-lə cavab oyunundan (0:2) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə məğlubiyyəti şərh edib.
- Bu gün futbol elədir ki, ani diqqətsizlik olanda rəqib səni cəzalandırır. Biz də əlimizə düşən imkanları qola çevirsəydik, bəlkə də, fərqli olardı. Başımızı dik saxlamalı, irəli baxmalıyıq.
- Nikosiyada 90+5-də buraxılan qol nəticəyə nə dərəcədə təsir etdi?
- Yox, orada da ani diqqətsizlikdən buraxmışdıq. Bu gün də diqqətsizlik oldu. Zubirin, mənim, Slavçevin qol epizodları oldu, yararlana bilmədik. Uduzmağı da bacarmaq lazımdır. APOEL-i qələbə münasibətilə təbrik etməliyik.
- Slavçev nə etsin ki, qol vura bilsin?
- Bunun üçün baş məşqçimiz var. O, hamımıza eyni gözlə baxır. Kiməsə futbolu öyrədən məşqçidir. Məyusuq, bu qədər azarkeş gəlmişdi. İstəyirdik ki, onları sevindirək. Bu gün çox möhtəşəm idilər. Əlimizdə imkan var ki, Avropa Liqasının qrupuna düşək. Ümid edirəm ki, “Neftçi” də İsraildə “Bney Yehuda” səddini keçəcək. Avropa Liqasının qruplarında ölkəmizi təmsil etmək istəyirik.
- Bu məğlubiyyətdən sonra toparlanmaq çətin olmayacaq?
- Bunun üçün çox təcrübəli baş məşqçimiz, təcrübəli futbolçularımız var. Bu, ilk məğlubiyyət deyil. Ötən il də BATE-yə uduzmuşduq. Yığıldıq, toparlandıq. Kişi olmaq və məğlubiyyəti qəbul etmək lazımdır. Eniş-yoxuşlar olur, bunların öhdəsindən gəlməyi bacarmalıyıq.
- Bu gün “Qarabağ” özünə bənzəmirdi. Sırf nəticə üçün oynamaq mümkün olmazdı?
- Bizim oyun fəlsəfəmiz var. Bu gün meydanda hansı tərəf yaxşı idi? Çatışmayan cəhət qol idi. Bunu etsəydik, deyəcəkdiniz ki, həmin ki, “Qarabağ” idi.
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"