"Vorskla”nın baş məşqçisi Vasili Saçko Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına o, əvvəlcə oyunla bağlı fikirlərini bildirib.
- “Qarabağ”ın futbolçuları sürətli və texnikalıdır.İlk hissədə qapımız qarşısında onlar yox, özümüz təhlükəli vəziyyət yaratdıq. Penaltiyə səbəb olduq. Futbolçular çox səhv etdi, sürətdə, top uğrunda mübarizədə uduzurduq. Topa sahib ola bilmirdik. İkinci hissədə vəziyyəti bir qədər normallaşdırdıq. Əllərindən gələni etdilər. Amma biri var çalışmaq, biri var reallaşdırmaq.
- Arturu start heyətində meydana buraxmağınız nə ilə bağlı idi? Bu qərar bizi təəccübləndirdi...
- Artur texnikalı futbolçudur. Düşünmürəm ki, çox pis oynadı. Bu, mənim qərarımdır. Hədəfim o idi ki, futbolçu oyuna daha yaxşı köklənsin. Hücuma tez qoşula bilir. Düzdür, böyük səhv etdi, hansı ki, buna haqqı yox idi. Amma onun cinahından hücumlarımız, zərbələrimiz oldu. Amma rəqib də çox ağıllı oynadı, bizə imkan vermədi. Həm müdafiədə, həm də hücumda yaxşı çıxış etdilər. Biz bu halı müzakirə edəcəyik və həll edəcəyik.
- Əvəzləmələrlə nə etməyə çalışdınız?
-Daha aqressiv oynamalı idik. Sürətdə uduzduq. Rəqib daha texnikalı oyun göstərdi, bizə imkan vermədi. “Qarabağ” ilk hissədə çox təzyiq etdi. Hətta oyuna nəzarəti itirmək təhlükəsi var idi. Bu üzdən dəyişikliklə oyunu canlandırmağa çalışdıq. Komandanı biz hazırlaşdırırıq, kimin start heyətində meydana çıxmasına biz qərar veririk. Kim daha hazırlıqlı olursa, o da meydana çıxır.
- Yayda əcnəbi oyunçu dəvət etmişdiniz. Onların çıxışından məmnunsunuz?
- Təəssüf ki, həmin futbolçular çempionat ərəfəsində gəldilər. Hazırlıqda iştirak etmədilər. Heyətdə təcrübəli futbolçularımız çoxdur. Gənc oyunçularımız isə istedadlıdır. Onlar bizimlə məşq etməlidirlər. Bizdə heyəti baş məşqçi müəyyənləşdirir. Heç kimə güzəşt edilmir. Sadəcə, təlim-məşq toplanışı çox önəmlidir. Oyunçu öz üzərində çalışmalıdır, ona verilən şansdan lazımınca yararlanmalıdır. Gənclər komandada rəqabəti artırıb. Bu gün uduzduq, əhvalımız çox pisdir. Amma unutmayaq ki, çox güclü komandaya uduzduq.
- Məğlubiyyətə layiq idinizmi?
- “Qarabağ” ilk hissədə yaxşı oynadı, oyuna nəzarət etdi. İmkanlar yaratsaq da, istifadə edə bilmədik. “Qarabağ” çox güclü komandadır, əlinə düşən şansdan yararlandı. Amma oyun bərabərə bitsəydi, daha ədalətli olardı.
- Bu gün qapıya zərbələrinizin sayı çox az idi. Bu, nə ilə bağlıdır?
- Rəqibdən çox şey asılıdır. Rəqiblərə qarşı hazırlaşmaq lazımdır. Nəzərə alaq ki, meydança sürüşkən, hava soyuq idi. İkinci hissədə “Qarabağ” müdafiəyə oturdu və bizə hücum imkanı vermədi. “Qarabağ” çox güclü komandadır, belə oyunlara hazırlıqlıdır. Əminəm ki, onlar növbəti matçlarda da rəqiblərinə başağrısı olacaq. Qələbə qazanmaq istəyirdik. Amma ustalıq səviyyəsi bu gün istədiyimiz kimi olmadı. Uşaqlar çox çalışdılar. Bəzi anlarda ustalıqda uduzduq, təcrübə çatmadı. Səhvlərimizi görürük və bunları düzəltmək lazımdır. Qol vurmaq üçün çox zərbə vurmaq lazımdır.
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Liverpul"a çempionluq yolunda zərbə
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Təəssüf ki, vəziyyətimiz çox üzücüdür" - Kaxaber Sxadadze
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı