"Səbail"in hücumçusu Ağabala Ramazanov Qol.az-a müsahibə verib. Topaz Premyer Liqasının 8-ci turunda sabiq komandası "Qarabağ"la keçirəcəkləri oyundan danışan futbolçu milli komandamızın Millətlər Liqasındakı çıxışına da toxunub.
- "Səbail" birinci dövrəni 3-cü pillədə başa vurdu. Bunu uğur saymaq olarmı?
- Yeni yığılmış komandayıq. Futbolçular hələ tam olaraq, bir-birinə uyğunlaşmayıblar. Bunu nəzərə alsaq, 3-cü pillədə olmağımız pis nəticə deyil. Amma hər şeyin bundan da yaxşı olmağını istəyirik.
- Şəxsi oyunundan necə, razısan? Ağır zədədən sonra özünü necə hiss edirsən?
- Əməliyyatdan sonra yavaş-yavaş özümə gəlirəm. Hər şey qaydasına düşür. İnanıram ki, 2-ci dövrədə ideal formada olacağam.
- Bu tur "Səbail" səfərdə "Qarabağ"ın qonağı olacaq. Sabiq komandana qarşı oynayacaqsan. Nə hiss keçirirsən?
- Digər oyunlara olduğu kimi bu görüşə də ciddi hazırlaşmışam. Hər hansı xüsusi bir hiss yoxdur. "Qarabağ"ın gücünü hamımız bilirik. Onlara qarşı layiqli mübarizə aparmaq istəyirik.
- Vaxtı ilə ölkənin ən perspektevli futbolçularından hesab olunurdun. İndi isə "Səbail"də oynayırsan. Bu, sənə necə təsir edir?
- Elə indi də ən perspektivli oyunçulardan sayılıram. "Səbail"də oynamağımda heç bir problem yoxdur. Öz seçimimdir. Atdığım addıma görə peşman deyiləm.
- Bir müddətdir milliyə dəvət almırsan. Problem nədədir?
- Heç bir problem yoxdur. Ümid edirəm ki, yaxın zamanlarda yenidən milliyə çağırılacağam. Özümə inanıram.
- Yığmamızın UEFA Millətlər Liqasında keçirdiyi son iki oyun haqda nə deyə bilərsən. Səfərdə Farer adalarını böyük hesabla udsaq da, evdə malta ilə bacarmadıq...
- Hər iki oyunu izlədim. Deyərdim ki, milli yaxşı təsir bağışladı. Xüsusilə də Malta ilə oyunda futbolçular əllərindən gələni etdilər. Sadəcə, şanssızlıq bizə mane oldu. Ancaq millimizin qrupdan çıxacağına inanmaq və onlara dəstək olmaq lazımdır.
- Malta ilə oyundan sonra keçmiş komanda yoldaşın Mahir Mədətovun azarkeşlər tərəfindən fitə basılmasına münasibətin necədir?
- Həmin oyundan sonra Mahirlə görüşdüm. Çox pis idi. Gənc futbolçudur. Ona görə də mən də istərdim ki, hamımız ona dəstək olaq.
Elnur SALAHOV
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Liverpul"a çempionluq yolunda zərbə
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Təəssüf ki, vəziyyətimiz çox üzücüdür" - Kaxaber Sxadadze
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər