"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda "Sportinq"lə səfər oyunu öncəsi mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
- Qrup mərhələsində ilk oyunumuza çıxacağıq və ciddi rəqiblə qarşılaşacağıq. Heyətimizdə problem olsa da, oyuna yaxşı hazırlaşmışıq, rəqibi analiz etmişik. İnanıram ki, hər iki komanda baxımlı futbol sərgiləyəcək.
- Sabahkı oyundan gözləntiləriniz nədir?
- Üstünlük rəqib tərəfdədir. Çünki öz meydanlarında oynayırlar və burada çox aktiv olurlar. Buna baxmayaraq, bizim üçün çətin olsa da, rəqibi yaxından tanımışıq. Futbolçularıma güvənirəm və onların ən yaxşı oyunlarını ortaya qoyacağına inanıram.
- Heyətlə bağlı probleminiz var. Zədəli futbolçuların son durumu necədir?
- Qərar verilib: Rəşad meydanda olmayacaq. Miçelin tam durumuna sabah aydınlıq gələcək. Meydanda olub-olmayacağı sabah müəyyənləşəcək.
- Belə görünür ki, rəqib komanda “Qarabağ” haqqında kifayət qədər məlumatlı deyil. Bu, “Qarabağ” üçün hansı üstünlük ola bilər?
- Düşünmürəm ki, məlumatları yoxdur. Əlbəttə ki, belə hallar olmalı deyil, hər bir klub hansı komanda ilə oynadığını bilməlidir. Məşqçilərinin açıqlamasından da görünür ki, bizi yaxından izləyiblər, oyun üslubumuzu bilirlər. Belə böyük komandalar üçün hansısa klub haqqında məlumat toplamaq çətin deyil. Düşünürəm ki, bizi yaxından analiz ediblər.
- Siz eyni zamanda da milli komandanın baş məşqçisi vəzifəsini yerinə yetirirsiniz və yaxınlarda rəsmi oyununuz olub. “Sportinq”i analiz etməyə vaxtınız olub?
- Bəli, çətindir. Bu sual mənə dəfələrlə verilib və çətin olduğunu demişəm. Maksimum çalışıram ki, həm millidə, həm də “Qarabağ”a rəqibi yaxşı analiz edim. Ümümiyyətlə, işimdən zövq alıram.
- “Sportinq”in əsas hücumçusu Bas Dost oynamayacaq. Buna görə rahat yata bilərsiniz.
- Əfsuslar olsun ki, “Sportinq” bir oyunçudan ibarət deyil. Biz işimizə görə hər zaman rahat yatırıq. Düşünürəm ki, uzunboy hücumçunun olmaması müdafiəçilərimizin işini asanlaşdıracaq.
- “Sportinq”in keçmiş futbolçusu, hazırda “Qarabağ”da forma geyinən Simoen Slavçevdən hansı məlumatları toplamısınız?
- Çox istərdim ki, Slavçev sabahkı oyunda forma geyinsin. Əfsuslar olsun ki, o, zədədən əziyyət çəkir. Mən futbolçulardan məlumat toplamağa üstünlük vermirəm. Bundan başqa o, uzun müddətdir “Sportinq”dən ayrılıb və səhv məlumat verə bilərdi.
- "Qarabağ" Azərbaycanın işğal olunmuş ərazilərini təmsil edir. Bu komandanın Avropa arenalarında mübarizə aparması nə dərəcədə üstünlükdür?
- 10 ildir bu komandadayam və həmişə məsuliyyətli olmağa çalışıram. "Qarabağ" adının nə olduğunu, bu ərazilərin başına nə gəldiyini çoxları bilir. "Qarabağ"ın Avropada oynaması böyük üstünlükdür. Məmnunan ki, bu komandadayam və Qarabağ adını tanıtmaq üçün əlimizə fürsət düşüb. Hansı ölkədə olmuşuqsa, Qarabağ haqqında məlumat vermişik və çoxları torpaqların Azərbaycana məxsus olması barədə məlumata sahib olub.
- Bəzi mənbələr "Qarabağ"ı Ukrayna klubu kimi qələmə verib. Bunun təxribat olduğunu düşünmürsünüz?
- İnanmazdım ki, təxribatdır. Heç inanmaq istəmərəm. Düşünürəm ki, bu, texniki səhvdir.
"İrəvan" – "Difai Ağsu" - Video
Konfrans Liqasında ilk finalçı bilindi
"Ağdaş"ın 3 cavabsız qolu - Video
"Real" - Bavariya": Start heyətlər
Hakan Çalhanoğlu “İnter”də ayın futbolçusu seçildi
"Ağdaş"dan qələbə
1-ci Liqada 25-ci tur başladı
Misli Premyer Liqasında 35-ci turun oyun cədvəli açıqlandı
“Real” - “Bavariya” oyunu bu kanallarda
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
Klaudio Bravo La Liqa klubundan ayrılır
"Kəpəz"in ilk transferi bilindi
Məşhur hakim oyundan sonra niyə ağlayıb? - Şəkillər
Marko Roys qərarını verdi
"Qarabağ"ın məbədi olan "İmarət"dən yeni görüntülər - Video
Rahil Məmmədov Polşada klubunu dəyişəcəkmi?
Hakimi təhqir etdi, 5 oyunluq cəzalandırıldı
"Qol vurmalı ilk adam mən idim" - Mbappe
"Çelsi"də mövsümün ən yaxşısı seçildi
AFFA 4 futbolçunu 4 oyunluq cəzalandırdı
Maradonanın "Qızıl top"u hərraca çıxarılır
“Futbol o qədər ədalətsizdir ki..."
"Mançester Yunayted" 47 il əvvələ qayıdıb
"Borussiya"nın Parisdəki qələbəsi - Video
"Borussiya" Çempionlar Liqasında finala yüksəldi
Türkiyə kubokunda ilk finalçı bilindi
“Bir neçə məşqçi ilə danışıqlar gedir” - AFFA-dan açıqlama
"Füzuli" Göygöldə 3 xalı belə qazandı - Video
Kosta 100-dən çox insanı xilas etdi
"Şahdağ Qusar"ın 4 qolu - Video
İkiqat Avropa çempionu müharibədə həlak oldu
Tiaqo Silvanın yeni klubu rəsmiləşdi
"Şahdağ Qusar"dan darmadağın, "Füzuli" qalib gəldi
Şehiç milli karyerasını başa vurdu
Acun "Hall Siti"nin baş məşqçisini istefaya göndərdi
Poqba komediya filminə çəkildi
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
İngiltərə klubunun şikayəti rədd edildi
"Atletiko" Poçettino ilə danışıq aparır
"Real" - “Bavariya” oyununa hakim təyinatları açıqlandı
Luis Enrikedən iddialı açıqlama
U-17 millisi Türkiyəyə böyük hesabla uduzdu