"Kəpəz"in ilk transferi bilindi

"Kəpəz"in ilk transferi  bilindi
DÜNYA FUTBOLU 8 May 2024 / 15:37 4734
-  A +

“Kəpəz”in yeni mövsüm üçün ilk transferi bəlli olub.

Bu barədə QOL.az-a komandanın baş məşqçisi Adil Şükürov məlumat verib.

O, müqavilə ilə “Səbail”ə məxsus olan və bu ilin fevral ayından komandada icarə əsasında çıxış edən Amil Yunanovla müqavilə imzalanacağını bildirib.

A.Şükürov mövsümün sonunda “Səbail”lə müqaviləsi başa çatacaq hücumçunun "Kəpəz"ə azad agent kimi keçəcəyini deyib.

Qeyd edək ki, Amil Yunanov “Kəpəz”də 14 oyuna 3 qol vurub, 2 qol ötürməsi edib.


Son xəbərlər