“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsində “Slovan”la oyundan (2:2) sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- Son dəqiqədə məğlubiyyətdən qurtuldunuz...
- Sözün düzü, necə oyun gözləyirdiksə, elə də keçdi. Rəqibin bizi yaxşı analiz etdiyini bilirdik. Onların üslubu mərkəzdə yaxşı oyun sərgiləməkdir. “Slovan” rəqibə hücum qurmağa imkan vermir və əks hücumlar qurmağa çalışırdı. Gözlənilməz bir qol buraxdıq. Oyunun gedişində istədiyimiz kimi kəsərli hücumlar qura bilmirdik. Oyun orta səviyyədə keçirdi. Həm biz, həm də rəqib topa yaxşı nəzarət edirdi. İlk hissədə ehtiyatlı oynamağa çalışdıq. Amma ikinci hissə başlayan kimi məşqçimizin tapşırığı ilə irəli atıldıq. Qələbə qolunu vurmaq istəsək də, xeyli sayda qol imkanlarını qaçırdıq. İkinci qolu da gözlənilməz kobud səhvdən sonra buraxdıq. Şükürlər olsun ki, son dəqiqələrdə hesabı bərabərləşdirə bildik.
- Demək olar ki, hər oyunda qol vurursan. Olmaz ki, hücumameyilli yarımmüdafiəçi mövqeyində oynayasan?
- Orada oynamağa gücüm çatmaz. Düzdü, hər bir futbolçu irəlidə oynamaq istəyər. Amma bunu bacarmaq da lazımdı.
- Bu oyunda millimizin "künc zərbəsi” taktikasından istifadə etmədiniz.
- İlk hissədə başqa formada etməyə çalışsaq da, qapıçı həmin topu çıxarmağı bacardı.
- Qrup mərhələsinə başlanğıcı necə qiymətləndirmək olar?
- Ümumilikdə yaxşı dəyərləndirmək olar. Hesab 2:1 olandan sonra fikirləşdim ki, artıq bizim üçün hər şey bitdi. Düşünürdüm ki, bundan sonra durumu dəyişmək çox çətin olacaq. Elə hesab edək ki, biz bir xal qazandıq, amma rəqib iki xal itirdi. Bunu nəzərə alsaq, fikrimcə, yaxşı qurtardıq.
- 90 dəqiqəni fikirləşsək, "Qarabağ”ın 2 xal itirdiyini söyləyə bilərik. Çünki boşa verilən qol imkanları çox idi...
- Ümumiyyətlə, çox qol imkanları yaradırıq və qapımızda kobud səhvlər sayəsində qol buraxırıq. İki qoldan başqa rəqibin hər hansı kəsərli hücumu olmadı. Buraxdığımız hər iki qolda kobud səhvimiz oldu.
- "Qarabağ” “Fiorentina” ilə oyundan nə gözləyir?
- Maksimum gücümüzü ortaya qoymağa çalışacağıq. Düzdü, qarşımıza qrupdan çıxmaq hədəfi qoymamışıq. Hədəflər həmişə futbolçuları psixoloji təsir altına salır. Hədəf hər oyuna ciddi şəkildə köklənməkdi.
- Bu gün Respubilka stadionuna qayıtmağı arzuladınız?
- Biz bu gün Respublika stadionunda oynamaq istəyirdik. Ancaq orda oynamağa bizə icazə vermədilər. Halbuki, bu gün həmin arenada qazonun durumu pis deyildi.Təəssüflər olsun ki, icazə vermədilər. Ev oyunun üstünlüyü matçı öz doğma meydanında oynamağındadı. Fikirləşirəm ki, "Dalğa Arena”da da pis oynamadıq.
- Çexiya komandalarının digər komandalardan fərqli cəhətləri nədir?
- Ümumiyyətlə, cavan yaşımdan Çexiya komandalarından zəhləm gedir. Bu gün həm Çempionlar Liqasında, həm Avropa Liqasında, həm də milli səviyyəsində çexlərlə düşmüşük. Onlara qarşı oynamaqdan zəhləm gedir. Çünki oynamağa imkan vermirlər və özləri çox yaxşı əks hücumlar yaradırlar. Demək olar ki, əlimizi-qolumuzu bağlayırlar.
Məftun MAHİROĞLU
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Liverpul"a çempionluq yolunda zərbə
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Təəssüf ki, vəziyyətimiz çox üzücüdür" - Kaxaber Sxadadze
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı