“Qarabağ”ın müdafiəçisi Aftandil Hacıyev Qol.Az saytına müsahibəsində komandası, çempionatda yaranmış fasilə və milli komanda haqqında danışdı
- Aftandil, deyəsən, zədən artıq tam olaraq sağalıb.
- Bəli. Yalnız cüzi ağrılar qalıb. Amma bu oynamağıma maneə yaratmayacaq. Əgər baş məşqçimiz şans verərsə, 90 dəqiqə oynamağa hazıram.
- Hazırlıq necə gedir?
- Yaxşı. Düzdür, kollektivin yarısı müxtəlif milli komandaların düşərgəsinə yollanıblar. Hətta əvəzedici heyətdən əsas komandanın hazırlığına uşaqlar cəlb edilib.
- Yeri gəlmişkən, bu vəziyyətin yaranması hazırlığınızın gedişinə nə dərəcədə təsir edir? Yəqin ki, yarı heyətlə hazırlığı keçmək heç də ürəyinizcə deyil?
- Əlbəttə. Komandanı heç cürə bir yerə yığmaq olmur. Belə olmaz axı. Yenicə bir yerə yığılırsan, təzədən çempionatda fasilə yaranır, heyətin yarısı gedir, milli komandalara. Daha nə qədər fasilə olar? Zəifdir deyə, çempionatın başına belə oyun açmalıdırlar?!
- Belə başa düşdüm ki, çempionatda tez-tez uzunmüddətli fasilələrin yaranmasının əleyhinəsən.
- Bəli. Fasilə bir həftə, on gün olar. 21 gün fasiləyə çıxarlar? Hansı Avropa ölkəsində belə şey var? Milli komandaların oyunları öncəsi ancaq taktiki hazırlıq üzərində işləyirlər. Foqts neyləmək istəyir? Komandaya fiziki hazırlıq keçmək üçün futbolçuları 1 ay əvvəlldən bir araya yığır. Onsuz da həmin hazırlığı klubda məşqçilər keçir. Belə çıxır ki, millinin baş məşqçisi klub məşqçilərinə hörmət etmir.
- Bəlkə klubda keçilən fiziki hazırlıq onu razı salmır?
- Başqa klubları deyə bilmərəm, amma “Qarabağ”da hər şey yerindədir və lazım olanda futbolçulara yüklənmə də verilir, azaldılır da. Bu mənada, bizim futbolçular həmişə hazırlıqlı olurlar.
- Razılaş ki, zədədən sonra əsas heyətə düşmək sənin üçün çətin olacaq.
- Doğrudur. Amma rəqabət aparmalıyam ki, mən də əsas heyətdə yerimi təmin edim.
- “Qarabağ”ın cari mövsümdəki çıxışını necə qiymətləndirirsən?
- Hələ ki, hər şey normaldır. Mən oyun planı baxımından deyirəm. Amma indidən konkret nəsə söyləmək çox çətindir. Çünki mövsüm yenicə başlayıb.
- Çempionata yaxşı başlasanız da, “Simurq” və “Qəbələ” ilə oyunlarda 5 xal itirdiniz. Halbuki həmin xal itkiləri olmasaydı, hazırda turnir cədvəlində zirvədə idiniz.
- Razıyam. Amma digər tərəfdən bunu da normal qəbul etmək lazımdır. “Qəbələ” zəif komanda deyil və rəqiblərinə həmişə çətin anlar yaşadıb. “Simurq”un gücü haqqında da əlavə nəsə demək artıq olardı. Amma həmin oyunda hakim bizə qarşı sərt mövqe tutmuşdu. Artıq həmin oyunları unutmuşuq. Dediyim kimi, belə nəticələrin qeydə alınmasını təbii qarşılayıram. Təkcə biz xal itirmədik ki… “Neftçi”də xal itirib, “Xəzər Lənkəran”da. “Bakı” ümumiyyətlə, çox xal itkisinə yol verdi.
- “Qarabağ” üçün bu il çox uğurlu oldu. Aydın məsələdir ki, söhbət Avropa liqasındakı uğurlu nəticədən gedir. Amma tərslikdən sənin də zədələnməyin məhz həmin dövrə düşdü. Əks halda karyeranın ən yaxşı oyunlarını oynamaq imkanını qazanacaqdın. Heyfslənmirsən ki?
- Öncə kuboku udub avrokuboklara vəsiqə qazanmağımıza sevindim. Amma təəssüf ki, sonradan ciddi zədə aldım və avrokubok oyunlarından kənarda qaldım. Düzdür, “Tvente”ylə səfər oyununda 10 dəqiqə meydanda oldum. Amma onu heç oynamaq da saymıram. Çox da təəssüflənmirəm. Əsas odur ki, komanda uğur qazandı. Yəni meydana çıxmasam da, tarixə düşə bildim (gülür). Vaxt gələcək tarixə baxanda görəcəklər ki, Avropa Liqasında dördüncü mərhələyədək irəliləyən “Qarabağ”ın heyətində Aftandi Haciyevin də adı olub.
- Sonda milli komandanın qarşıdakı oyunları ilə bağlı da fikirlərini bilmək istəyirik. Necə düşünürsən, uğurlu nəticə qazana biləcəyik?
- Lixtenşteyn nə Rusiyadır, nə də Almaniya. Odur ki, oktyabrın 10-da onları mütləq məğlub etməliyik. Həmin qarşılaşma bizim üçün 3 xallıq oyun olacaq. Onsuz da azarkeşlər ilk oyundakı 0:0-lıq nəticəni hələ də həzm edə bilmirlər. Rusiya ilə oyun isə maraqlı olacaq. Həmin oyun həm də prinsipial əhəmiyyət daşıyacaq. Bizə qonşu olan ölkədir. Belə komandaların oyunu isə həmişə gərgin və maraqlı keçib. Bir də ki, ruslar həmişə bizə yuxarıdan aşağı baxıblar. Eybi yox, həmin oyunda sübut edərik ki, heç də hər şey onlar düşündüyü kimi deyil...
"İrəvan" – "Difai Ağsu" - Video
Konfrans Liqasında ilk finalçı bilindi
"Ağdaş"ın 3 cavabsız qolu - Video
"Real" - Bavariya": Start heyətlər
Hakan Çalhanoğlu “İnter”də ayın futbolçusu seçildi
"Ağdaş"dan qələbə
1-ci Liqada 25-ci tur başladı
Misli Premyer Liqasında 35-ci turun oyun cədvəli açıqlandı
“Real” - “Bavariya” oyunu bu kanallarda
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
Klaudio Bravo La Liqa klubundan ayrılır
"Kəpəz"in ilk transferi bilindi
Məşhur hakim oyundan sonra niyə ağlayıb? - Şəkillər
Marko Roys qərarını verdi
"Qarabağ"ın məbədi olan "İmarət"dən yeni görüntülər - Video
Rahil Məmmədov Polşada klubunu dəyişəcəkmi?
Hakimi təhqir etdi, 5 oyunluq cəzalandırıldı
"Qol vurmalı ilk adam mən idim" - Mbappe
"Çelsi"də mövsümün ən yaxşısı seçildi
AFFA 4 futbolçunu 4 oyunluq cəzalandırdı
Maradonanın "Qızıl top"u hərraca çıxarılır
“Futbol o qədər ədalətsizdir ki..."
"Mançester Yunayted" 47 il əvvələ qayıdıb
"Borussiya"nın Parisdəki qələbəsi - Video
"Borussiya" Çempionlar Liqasında finala yüksəldi
Türkiyə kubokunda ilk finalçı bilindi
“Bir neçə məşqçi ilə danışıqlar gedir” - AFFA-dan açıqlama
"Füzuli" Göygöldə 3 xalı belə qazandı - Video
Kosta 100-dən çox insanı xilas etdi
"Şahdağ Qusar"ın 4 qolu - Video
İkiqat Avropa çempionu müharibədə həlak oldu
Tiaqo Silvanın yeni klubu rəsmiləşdi
"Şahdağ Qusar"dan darmadağın, "Füzuli" qalib gəldi
Şehiç milli karyerasını başa vurdu
Acun "Hall Siti"nin baş məşqçisini istefaya göndərdi
Poqba komediya filminə çəkildi
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
İngiltərə klubunun şikayəti rədd edildi
"Atletiko" Poçettino ilə danışıq aparır
"Real" - “Bavariya” oyununa hakim təyinatları açıqlandı
Luis Enrikedən iddialı açıqlama
U-17 millisi Türkiyəyə böyük hesabla uduzdu
"İnter"dən Lautaro Martinesin gələcəyi ilə bağlı açıqlama