"Zirə"nin müdafiəçisi Adrian Skarlatake Qol.az-a müsahibə verib. Komandasının son turda "Qarabağ"a 0:6 hesablı məğlubiyyətini şərh edən rumıniyalı futbolçu maraqlı fikirlər səsləndirib.
- Komandanız son oyunda "Qarabağ"dan niyə 6 top buraxdı?
- Bu cür fərdi səhvlər olanda yaxşı oynamaq mümkün deyil. Uşaq səhvlərinə yol verdik. Ona görə də 0:6 hesabı normaldır. Xeyli vaxtdır belə yanlışlıqların şahidi olmurdum.
- Yəqin ki, hamı kimi siz də hesabın bu cür olacağını gözləmirdiniz.
- Əlbəttə, bu nəticəni biz də gözləmirdik. Amma əsas heyətin 4 üzvü oynamırdı. Bu, komandamız üçün ciddi itkidir. Çünki ehtiyatda elə çox oyunçumuz yoxdur. "Qarabağ" isə bizə qarşı ideal 11-liyi ilə oynadı.
- Samir Abasov oyundan sonra çox əsəbi və aqressiv görünürdü. Paltardəyişmə otağında futbolçuları acılamadı?
- Məncə, acıqlı olması normaldır. Komanda belə adi səhvlərə yol verəndə baş məşqçi nə etməlidir? Hər kəsin şəxsi xarakteri var. Oyunçular futbola hörmətlə yanaşmalıdırlar. Hörmətsizlik edəndə hesab 0:6 olur.
- Buraxılan qollara görə sırf müdafiə xəttini günahlandırmaq olar?
- Təbii ki, yox. Səhvlərimiz sırf fərdi idi və sanki oyuna 0:3 məğlub başlamışdıq. İlk 3 qolu rəqibə hədiyyə etdik. Bundan sonra isə "Qarabağ" kimi komandaya qarşı oynamaq çox çətindir. İkinci hissədə rəqibdən yaxşı oynadıq. Qol vurmaq üçün irəli atıldıq, çünki hesabda geridə idik. Bu isə arxa xətdə boşluqlar verməyimizə səbəb oldu.
- Ötən həftə sonuncu pillədən yaxa qurtarsanız da, yenidən ora qayıtdınız. Bu amil qarşıdakı kubok oyunlarında komandaya nə dərəcədə təsir göstərə bilər?
- Bəli, düz deyirsiniz. Amma "Zirə"nin sonuncu yerə layiq olduğunu düşünmürəm. Son 5 matçda komandamız çox yaxşı oynayıb. Bu da məni əsəbləşdirir. "Qəbələ" ilə görüşdə də üstün tərəf biz idik və qələbəyə layiq idik. Son oyunlarda xeyli şans yaxalayırıq. Ancaq qol vurmaqda çətinlik çəkirik.
- Azərbaycan kubokunun 1/4 final mərhələsində "Səbail"lə qarşılaşacaqsınız. Həmin oyunla bağlı nə deyə bilərsiniz?
- Bizim üçün ölkə kuboku çox vacibdir. Ötən mövsüm "Keşlə" ilə bu titulu qazandım. Halbuki, heç kim bizə inanmırdı. "Səbail"i keçə bilərək. Bunun üçün tam olaraq matça köklənməli, futbola və özümüzə hörmət etməliyik. Zarafat etmirəm, "Qarabağ"la oyunda etdiyimiz səhvlərə görə utanıram.
- Konkret olaraq, nəyi nəzərdə tutursunuz?
- Demək istəyirəm ki, ilk hissədə buraxdığımız qollar zamanı edilən səhvlər təkrarlanmamalıdır. Topu rəqibə verirdik ki, bizə qol vursun. Videoya baxsanız, görərsiniz ki, necə gülməli səhvlər etmişik.
- Qarşıda 2 aylıq qış fasiləsi olacaq. Necə düşünürsünüz, "Zirə"yə yeni futbolçular lazımdır?
- Əminliklə deyə bilərəm ki, bir neçə oyunçu lazımdır. Amma çox yox. Ən yaxşısını baş məşqçi bilir. Ehtiyatda oturacaq deyil, birbaşa ilk 11-likdə oynaya biləcək 2-3 futbolçuya ehtiyacımız var. Avropa Liqasına vəsiqə verən yerlə aramızda cəmi 7 xallıq fərq var. Ölkə kubokunda yarımfinala adlaya bilərik. Heç nə itirilməyib. Həm çempionatda, həm də kubokda şanslarımız davam edir.
Elnur SALAHOV
"İrəvan" – "Difai Ağsu" - Video
Konfrans Liqasında ilk finalçı bilindi
"Ağdaş"ın 3 cavabsız qolu - Video
"Real" - Bavariya": Start heyətlər
Hakan Çalhanoğlu “İnter”də ayın futbolçusu seçildi
"Ağdaş"dan qələbə
1-ci Liqada 25-ci tur başladı
Misli Premyer Liqasında 35-ci turun oyun cədvəli açıqlandı
“Real” - “Bavariya” oyunu bu kanallarda
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
Klaudio Bravo La Liqa klubundan ayrılır
"Kəpəz"in ilk transferi bilindi
Məşhur hakim oyundan sonra niyə ağlayıb? - Şəkillər
Marko Roys qərarını verdi
"Qarabağ"ın məbədi olan "İmarət"dən yeni görüntülər - Video
Rahil Məmmədov Polşada klubunu dəyişəcəkmi?
Hakimi təhqir etdi, 5 oyunluq cəzalandırıldı
"Qol vurmalı ilk adam mən idim" - Mbappe
"Çelsi"də mövsümün ən yaxşısı seçildi
AFFA 4 futbolçunu 4 oyunluq cəzalandırdı
Maradonanın "Qızıl top"u hərraca çıxarılır
“Futbol o qədər ədalətsizdir ki..."
"Mançester Yunayted" 47 il əvvələ qayıdıb
"Borussiya"nın Parisdəki qələbəsi - Video
"Borussiya" Çempionlar Liqasında finala yüksəldi
Türkiyə kubokunda ilk finalçı bilindi
“Bir neçə məşqçi ilə danışıqlar gedir” - AFFA-dan açıqlama
"Füzuli" Göygöldə 3 xalı belə qazandı - Video
Kosta 100-dən çox insanı xilas etdi
"Şahdağ Qusar"ın 4 qolu - Video
İkiqat Avropa çempionu müharibədə həlak oldu
Tiaqo Silvanın yeni klubu rəsmiləşdi
"Şahdağ Qusar"dan darmadağın, "Füzuli" qalib gəldi
Şehiç milli karyerasını başa vurdu
Acun "Hall Siti"nin baş məşqçisini istefaya göndərdi
Poqba komediya filminə çəkildi
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
İngiltərə klubunun şikayəti rədd edildi
"Atletiko" Poçettino ilə danışıq aparır
"Real" - “Bavariya” oyununa hakim təyinatları açıqlandı
Luis Enrikedən iddialı açıqlama
U-17 millisi Türkiyəyə böyük hesabla uduzdu