"Çox çətin hava şəraiti var idi. Meydançanın da ot örtüyü süni idi. Biz belə meydanda oynamağa öyrəşməmişik. İlk dəqiqələrdən rəqib təzyiq göstərdi. Komanda şəklində yaxşı çıxış edirdik. Öz şansımızı gözlədik. Əlimizə düşən şansı da yaxşı dəyərləndirdik. Komandamız yaxşı oynadı. Fərdi yox, komanda şəklində yaxşı oyun sərgilədik. Biz qələbəyə daha çox layiq idik. Şadam ki, 3 xalı qazana bildik".
Qol.az-ın məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının futbolçusu Dmirtri Nazarov Millətlər Liqasının III turunda səfərdə Farer adalarını 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib. 28 yaşlı yarımmüdafiəçi daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Vurduğunuz qol barədə nə deyə bilərsiniz? Sanki Rüfət Dadaşovla bir-birinizi yaxşı başa düşürdünüz?
- İlk növbədə onu demək istəyirəm ki, Rüfətin yenidən milliyə qayıtması üçün çox şadam. Biz məşqdə də bir-birimizi yaxşı başa düşdüyünümüzü anlayırıq. Bu oyuna yaxşı hazırlaşmışdıq. Baş məşqçimiz də kollektivi bu matça yaxşı hazırlaşdırıb. Ən vacibi odur ki, biz qələbə qazandıq.
- Sanki oyun ərzində rəqib futbolçu Hallur Hanssonla mübahisə edirdiniz?
- Onunla heç bir problemimiz yoxdur. Bu futboldur. Bəzən belə hallar olur.
- Rəqib sarı vərəqə alandan sonra Rüfət Dadaşov da onunla mübahisə edirdi. Bu, bilərəkdən edilirdi ki, oyunçu qırmızı vərəqə alsın?
- Sarı vərəqə alandan sonra Rüfət ona qarşı oynamağa başladı. Rəqibin qırmızı vərəqə almasını istəyirdik. Oyun gedə-gedə rəqibi zəiflətmək barədə düşünürdük. Futbol belə idman növüdür. Bu normaldır.
- Komandanı uzun səfər gözləyir. Milli Malta ilə oyuna kimi bərpa olacaqmı?
- Malta da bu gün oynayıb. Onlar da Bakıya gələcəklər. Biz buna öyrəşmişik. Əsas odur ki, növbəti oyunu doğma meydanda oynayacağıq və qələbə qazanmaq istəyirik.
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Liverpul"a çempionluq yolunda zərbə
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Təəssüf ki, vəziyyətimiz çox üzücüdür" - Kaxaber Sxadadze
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı