“Zirə”nin kapitanı Anar Nəzirov Topaz Premyer Liqanın 5-ci turunda “Neftçi”yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, təcrübəli qapıçı əvvəlcə məğlubiyyəti şərh edib.
-Bütün oyun ərzində üstünlük bizdə idi. Bunu tam əminliklə deyə bilərəm. Yəqin onlar özləri də təsdiqləyərlər. Sadəcə, bəxt “Neftçi”nin yanındaydı.
- Samir Abasovun gəlişindən sonra komandada nə kimi dəyişikliklər hiss olunur?
- Samir müəllim yeni sistem yaratmaq istəyir. “Sumqayıt”dakı oyun üslubunu burada da tətbiq etməyə çalışır. Hazırda da məhz bunun üzərində işləyirik. Düzdür, buna vaxt lazımdır. Amma görünür ki, komanda yavaş-yavaş yeni sistemə öyrəşir. İndi qara zolaqdayıq, çalışıb bundan çıxmaq lazımdır. Bu oyunda da hər şeyi etdik, bəxtimiz gətirmədi. Siz də gördünüz ki, “Neftçi” meydanda yox kimi idi. Qapıya doğru cəmi 2 zərbə vurdular, onlar da qol oldu.
- Nəzərə alsaq ki, “Neftçi” çempionluq uğrunda mübarizə aparır, sən bu cür zəif rəqib gözləyirdin?
- O barədə bir söz deyə bilmərəm. Əsas qalib gəlməkdir.
- Səncə, 2:1 bu oyunun ədalətli nəticəsi idi?
- Məncə, bu gün şans “Neftçi”nin tərəfində idi. Rəqibi qələbə münasibətilə təbrik edirəm. Biz də qalib gələ bilərdik. Ancaq yaratdığımız qol epizodlarında bəxtimiz gətirmədi.
- Samir Abasovun tribunaya göndərilməsi oyununuza nə dərəcədə təsir göstərdi?
- Samir müəllim tribunaya göndərilsə də, yaxında idi. Komandaya yenə də öz tapşırıqlarını verirdi.
- Premyer Liqada keçirdiyiniz 4 oyundan sonra cəmi 1 xalınız var. Problem nədədir?
- Əsas problem qələbə qazana bilməməyimizdir. “Zirə” əvvəllər belə futbol oynamırdı, amma qalib gəlirdi. Deyirsiniz ki, “Neftçi” çempionluq uğrunda yarışır. Belə oynaya-oynaya axırda çempion olacaqlar da. Bu mövsüm keçirdikləri bütün matçlarda 70-ci dəqiqədən sonra belə oynayıblar. Bəlkə bu, baş məşqçinin taktikasıdır, bilmirəm. Amma işə yarayır. Bizə gəlincə, bu durumdan çıxmağa çalışacağıq.
- 4 gündən sonra “Qarabağ”la 1-ci turdan təxirə salınmış oyuna çıxacaqsınız. Səncə, arzuladığınız ilk qələbəni həmin görüşdə qazanmaq olar?
- “Qarabağ” çətin rəqibdir. Çalışacağıq ki, bugünkü oyunu onlara qarşı da göstərək. Əvvəlcədən proqnoz vermək düzgün çıxmaz. “Qarabağ”la oyunda da əlimizdən gələni edəcəyik.
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Liverpul"a çempionluq yolunda zərbə
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Təəssüf ki, vəziyyətimiz çox üzücüdür" - Kaxaber Sxadadze