“Azərbaycanın ən güclü komandası ilə qarşılaşdıq. “Qarabağ”la açıq futbol oynamaq hər bir komanda üçün çox təhlükəlidi”.
Qol.az-ın apasport.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev Topaz Premyer Liqasının IX turunda “Qarabağ"la oyundan (0:2) sonra deyib.
Matçdan sonra mətbuat konfransı keçirən E.Abdullayev bu fikirləri səsləndirib:
“Bu gün seçdiyimiz taktika özünü doğrultdu. Sadəcə, uzaq məsafədən bizə qol vura bildilər. Komandamın oyunundan razı qaldım. Futbolçulardan istək və mübarizə tələb edirdim, onu gördüm. Oyunçularıma iradım yoxdu. Amma nəticədən razı qalmadım”.
- Katalin Tira qol vurmaq əvəzinə, azarkeşi vurdu...
- O, komandadan çıxarılacaq. Mən olduğum müddətdə, Tira “Neftçi”də olmayacaq. Xoşagəlməz hadisədi. Meydana azarkeş çıxıbsa, onu kənarlaşdırmaq polisin, mühafizə xidmətinin işidi. Tiranı çox ciddi cəza gözləyir. UEFA, FİFA-ya məktub yazmaq lazımdı. “Neftçi” bu məsələni belə qoymayacaq.
- “Qarabağ”a qarşı bu qədər futbolçu ilə müdafiə olunmaq...
- “Qarabağ”la açıq futbol oynasaydıq, 6 qol buraxardıq. PAOK da onlarla açıq futbol oynamadı. Mən də qalib gəlmək istəyirəm. Amma məsələyə real yanaşmaq lazımdı.
- “Neftçi”nin rəzil duruma düşməsinin səbəbkarı kimdi?
- Mənə futbola aid sual verin. Siz məni məcbur edirsiz ki, nəsə deyim. Mən bu klubun baş məşqçisiyəm, işim meydandadı.
- Azarkeşlər sizi istefaya səslədi. Bunu haqlı sayırsız?
- Mən söz verməmişəm ki, gələn kimi “Neftçi”ni “Barselona”ya çevirəcəm. Dəyişikliklər var. Oyunçuları “İnter”lə oyunda qıcolma tuturdu. Mən istəyərəm ki, 5 müdafiə ilə oynayım? Sadəcə, “Qarabağ”a qarşı bu cür oynamağa məcbur idim. Vaxt lazımdı. Bizi istefaya səsləmələrinin səbəbini bilmirəm. Rəhbərlikdən mənim işimə heç kim qarışmır, təzyiq yoxdu, mane olmurlar.
- “Neftçi”nin bu mövsüm üçün hədəfi nədi?
- Hədəf odu ki, imkan dərəcəsində maksimum xal yığaq. Böyük xal fərqi olmamalıdı. Yeni ildən sonra tam başqa komanda olacaq. İnanıram ki, onda itirilən xalları artıqlaması ilə bərpa edəcəyik.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı
Türkiyə millisindən ardıcıl 4-cü məğlubiyyət - Video
Son məşq - Video
Yapon bacı-qardaşın Bakıda möhtəşəm uğuru
Türkiyədə Superliqa hakimi həbs olundu
“Qarabağ”ın qapıçısı Polşa üzərində qələbəyə sevindi
Yankoviç yenidən Ermənistana qarşı oynadı
Fransadan əzmkar qələbə, Türkiyə İtaliyaya uduzdu
Mikels oynadı, Mutsinzi ehtiyatda qaldı
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi