Bu gün 4 cüdoçumuz tatamiyə çıxacaq - Dünya çempionatı

Bu gün 4 cüdoçumuz tatamiyə çıxacaq - Dünya çempionatı
CÜDO 7 Oktyabr 2026 / 09:19 269
-  A +

Bakıda cüdo üzrə dünya çempionatı davam edir.

QOL.az xəbər verir ki, mundialın dördüncü günündə Azərbaycanın 4 təmsilçisi mübarizə aparacaq. Görüşlər saat 10:30-da başlayacaq.

81 kq

Vüsal Qələndərzadə 1/32 finalda Xristo Valkov (Bolqarıstan)

Zelim Tskaev – ilk mərhələdən azaddır. O, 1/16 finalda Timoti Meuvsen (Cənubi Afrika Respublikası) – Viktor Sterpu (Moldova) cütünün qalibi ilə qarşılaşacaq.

Ömər Rəcəbli – ilk mərhələdən azaddır. O, 1/16 finalda Sibqatullah Arab (IRT) – Mahamadu Dukara (Mali) cütünün qalibi ilə görüşəcək.

63 kq

Hanna Zaytseva – ilk mərhələdən azaddır. O, 1/16 finalda Pey Çun Yuan (Çin Taypeyi) – Anna Kriza (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.

Hazırda Azərbaycan millisinin aktivində 2 medal (1 qızıl, 1 bürünc) var. Əhməd Yusifov (60 kq) dünya çempionu olub, Rəşid Məmmədəliyev (73 kq) isə bürünc medal qazanıb.

Dünya çempionatının görüşləri Milli Gimnastika Arenasında keçirilir.

Daha çox


Qarabağ FK
Son xəbərlər
06.10.26  09:18

Son məşq - Video

topaz banner