“Sumqayıt” klubunun baş məşqçisi Samir Abasovun Qol.az saytına müsahibəsi
- Komandanız Topaz Premyer Liqada mövsümü 8-ci pillədə başa vurdu. Bundan yaxşısını etmək olardı?
- Təbii ki, nətiçə ürəkaçan deyil. Ancaq ürəkaçan oyunlarımız oldu. “Qarabağ” və “Nefçi”yə qalib gəldiyimiz görüşləri yadınıza salın. Müəyyən problemlərimiz var idi. İlk növbədə qapı xətti ilə bağlı narahatlıq mövcud idi. Çox çətinliklər çəkdik. Bunun nəticəsidir ki, yaxşı yerlərdən birini tuta bilmədik. Hər kəs deyirdi ki, sizə yaxşı qapıçı lazımdır. Biz Səlahət Ağayevi komandaya gətirdik. Mövsüm ərzində səhvlərimizi bildik. Onların bəzilərini aradan qaldırdıq. Komanda sonuncu pillələrdə qərarlaşanda futbolçuların motivasiyası da istənilən kimi olmur. Onların fikri avrokuboklarda iştirak edəcək komandalara yönəlir. İndi bir çox futbolçuyla yollarımızı ayırmışıq. Yeni heyət qurub növbəti mövsümə hazırlaşmalıyıq.
- Əslində qış fasiləsinə qədər “Sumqayıt” inamlı çıxışı ilə yadda qalırdı. Fasilədən sonra komandanın oyununda eniş başladı.
- Düzdür. Ancaq elə qış fasiləsinə qədər itirdiyimiz xallar bizi bu yerlərə gətirdi. Bunun da əsas səbəbi qeyd etdiyimi kimi, qapıçı problemi ilə bağlı idi. Hər uduzduğumuz oyundan sonra jurnalistlər də qapıçımızın çıxışını tənqid edirdi. Mən isə tez-tez qapı xəttində dəyişiklik edirdim ki, bəlkə digər qapıçı nəsə edə bildi. Ancaq ikisi də gənc qapıçı idi.
- Səlahət Ağayevin gəlişindən sonra da komanda az qol buraxmadı.
- Tək qapıçını günhlandırmaq olmaz. Bütün qapıçıların səhvi olur. Qış fasiləsindən sonra müdafiə xəttimiz də etibarlı çıxış etmədi. Dəfələrlə oyuna əlavə edilmiş vaxtda qol buraxıb xallar itirdik. Düzdür, Səlahətin səhvləri oldu. Ancaq qış fasiləsində sonra ümumən komandada eniş var idi. Türkiyə toplanışı zamanı yoxlama oyunlarında komanda yaxşı çıxış etdi. Qələbələr qazandıq. Bəlkə də bu, futbolçularımızı çaşdırdı. Qışda komandamıza Vaqif Cavadov gəldi. Onun ilk oyunu çox pis alındı. Bu isə söz-söhbətlərə səbəb oldu. Futbolçular da səhvi bir-birində axtarmağa başladı. Bu kimi məsələlər gətirib komandanı bu yerə çıxardı. Mövsümün sonuna yaxın yaxşı çıxış edirdik. Allah heç bir məşqçini çarəsiz qoymasın. Təəssüflər olsun ki, bizdə belə hal yaşandı. Təsəvvür edin ki, son 4 ayı sol cinahda təkcə Slavik Alxasov oynadı. O mövqedə oynayacaq ikinci futbolçumuz olmadı.Çempionatı belə yola verdik. Ancaq peşəkar komandada belə şey olmamalıdır. Futbolçu düşünür ki, nə qədər pis oynasa da, onu əvəzləyəcək biri yoxdur. Təbii ki, bu kimi hallar komandanın nəticəsinə də təsir edir. 
- Transfer işləri necə gedir?
- Öz futbolçularımızın bir çoxu ilə yeni müqavilələr imzalamışıq. Hələ ki, təkcə “Qarabağ”dan Fərhad Vəliyevi heyətə cəlb etmişik.
- Qapı xəttindən gilyeləndiniz. Fərhad Vəlieyevin bu çatışmazlığı aradan qaldıracağına ümidiniz nə dərəcədədir?
- Fərhadın mənim komandamda olmağını çoxdan istəyirdim. Həm təcrübəli, həm də liderlik xüsusiyyətləri olan qapıçıdır. İndiki halda bizim komandaya belə qapıçı çox lazımdır.
- Vüqar Nadirovun adı “Sumqayıt”la hallanır.
- Vüqar Nadirov bizim planlarımıza daxil deyil.
- Komandanın hazırlıq planı bəllidir?
- İyunun 22-də komandamız bir araya gələcək. Türkiyəyə getmək fikrimiz var. Ancaq bu barədə son qərarı klub rəhbərliyi verəcək.Biz öz planımızı rəhbərliyə təqdim etmişik. Onlar da çalışır ki, komanda ölkə xaricində hazırlaşsın. Məncə, Türkiyəyə yollanacağıq. Bir neçə yoldaşlıq oyunu keçirsək, yaxşı olardı.
- Yeni transferlər olacaq?
- Əlbəttə, istədiyimiz oyunçular var. Onlardan xəbər gözləyirik. Oyunçu qıtlığı var deyə hər yoldan keçəni də komandaya cəlb etməyəcəyik. Lazım olsa, özümüzün 16 futbolçumuz və əvəzedici heyətin oyunçuları ilə mübarizə aparacağıq.
- Əcnəbi futbolçularla maraqlanırsınız?
- Bəli, legioner də ola bilər. Həm əcnəbi futbolçu transferi, həm də ölkə xaricində toplanış kemək məsələsinə yaxın 10 gün içində aydınlıq gələcək.
- Sonda futbolumuzun acınacaqlı durumu ilə bağlı fikirlərinizi öyrənək. Topaz Premyer Liqada oynamağa komanda tapılmır.
- Çox pis durumdur. Məsələ burasındadır ki, Premyer Liqaya can atan klubların sənədləri qaydasında deyil. Elə klublar da var ki, onların olmağındansa olmamağı yaxşıdır. Çempionatda komandaların sayı getdikcə azalır. Bundan pis şey ola bilməz. Futbolumuz uçuruma doğru gedir. Tezliklə bundan bir çıxış yolu tapmaq lazımdır. Səkkiz komanda ilə çempionatın ləzzəti olmaz.
Ramiq AĞAMƏMMƏDOV
"Qarabağ" Niderlanddan qələbə ilə qayıdır
Avropa Liqası: "Beşiktaş"dan qələbə, "Trabzonspor" büdrədi
"Ayaks" azarkeşlərindən etiraz
Şeydayev oynadı, komandası qalib gəldi
"Məni ən çox nankorluq narahat edir"
“Kayrat”dan ağır məğlubiyyət
Onlar da bugünkü oyunu buraxırlar - “Qarabağ”da yeni itkilər
“Qarabağ” “Tvente” ilə oyuna bu heyətlə çıxır
Ronaldinyo 46 yaşında karyerasını bərpa edir
London klubu azarkeşlərinə xəbərdarlıq etdi
“Bu forma üçün əlimdən gələni edəcəyəm”
Premyer Liqadakı ilk matçını buraxa bilər
“Karvan-Yevlax” nigeriyalı futbolçu ilə gücləndi
“Barselona” Kanselunu transfer etdi
Klub tarixinin ən gənc debütantı oldu
"Qarabağ"la oyun öncəsi "Tvente"də ayrılıq
"Barselona" Kundeyə qiymət qoydu
"Parma"dan "Benfika"ya - Rəsmi
"Qalatasaray" rus futbolçunun transferini elan etdi
Dünyanın ən bahalı futbol klubları – Siyahı
Azərbaycandan ayrılıb Polşa klubuna keçdi
La Liqada 400-cü oyun
Mourinyonun toxunulmazları
Simiç tarixə belə düşdü
"Sumqayıt"ın xəsarət alan futbolçusuna ağır cəza
"Barselona" "Fənərbaxça"nın qapıçısını istəyir
Brahim Konate Kipr klubunda
“Sabah”ın qapıçısı Qazaxıstan millisinə çağırıldı
"Tvente" - “Qarabağ” oyunu bu kanalda
“Sabah”ın bombardiri: “Stadionu doldurun!” - Video
“Milan” Dieqo Moreyranı transfer etdi
“Səbail” – “Sakaryaspor” oyununda kütləvi dava olub
“Hapoel” - “Sabah” oyununun - Videoicmalı
“Bir həftə ərzində səhvlərimizi düzəltməliyik” - Dambrauskas
"Bakıda yaxşı oyun keçirəcəyik” - “Hapoel"in baş məşqçisi
“Barselona” 48-ci dəfə “Joan Qamper” kubokunu qazandı
Kamilo Duran dubl etdi, "Seltik" qalib gəldi
"Sabah" "Hapoel"ə məğlub oldu
"Zirə" və "Neftçi" qalib gəldi, "Sumqayıt" uduzdu
Stadionda meyit tapıldı
Qırmızı vərəqə ona baha başa gəldi