Bakı "İnter"i 11 futbolçu ilə müqavilə imzaladı

Bakı "İnter"i 11 futbolçu ilə müqavilə imzaladı
ÖLKƏ FUTBOLU 26 May 2016 / 16:52 4815
-  A +

Bakının “İnter” klubu növbəti mövsüm üçün heyətini gücləndirməkdə davam edir.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi Səlahət Ağayev, Denis Silva Kruz, İlkin Qırtımov, Slavik Alxasov, Samir Zərgərov, Abbas Hüseynov, Tərlan Quliyev, Ağabala Ramazanov, Elnur Abdullayev, Pərdis Fərcad-Azad və Rauf Əliyevlə yeni müqavilələr imzalayıb.

Xatırladaq ki, bundan öncə Şahin Zəkiyev, Sərtan Taşkın, Aqşin Quluzadə, Mirhüseyn Seyidov və Nizami Hacıyevin müqaviləsi artırılmışdı.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner