"Qarabağ" klubunun rəhbərliyinin Azərbaycan kubokunun final oyunundan sonra polis zorakılığı nəticəsində xəsarət almış azarkeşlərə xəstəxanada baş çəkib. Ağdam klubunun prezidenti Tahir Gözəl Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun çıxışında Sport7.az-ın əməkdaşımızın suallarını cavablandırıb. Klub prezidenti baş vermiş hadisədən təəssüfləndiyini deyib:
"Çox üzücü bir hadisə baş verdi. Oyundan sonra futbolçular sevincini bölüşmək üçün formasını azarkeşlərə tərəf atdı. Azarkeşlər də formanı almaq üçün aşağı düşən məqamda polis panikaya düşdü. Onlar elə bildilər ki, azarkeşlər meydançaya çıxmaq istəyirlər. Bundan sonra polis azarkeşlərə sərt müdaxilə etdi. Bunun da nəticəsində, bir neçə azarkeşimiz xəsarət aldı. Onların vəziyyətiylə maraqlandıq. Yüngül xəsarət alıblar. Bu hadisə bizi çox üzdü. Belə gözəl bir axşamda bu cür hadisə yaşamaq istəməzdik. Biz "Qarabağ" rəhbərliyi olaraq baş vermiş bu hadisədən narazılığımızı bildirəcəyik. Məsələnin necə baş verməsini araşdıracağıq. Polislə birgə araşdıraraq, hadisənin necə olduğunu dəqiqləşdirəcəyik. Burda əsas məqsəd, gələcəkdə bu cür halların qarşısını almaqdı. Fan-klublar və polis belə vəziyyətlərin baş verməməsi üçün nə etməlidi, onu öyrənməliyik.
- Məsələni yuxarı instansiyalara daşıyacaqsız?
- Bizim birinci məqsədimiz məsələni araşdırmaqdı ki, görək bu hadisə necə baş verib. Məsələni araşdırdıqdan sonra bu barədə ətraflı müzakirə edə bilərik ki, bu hadisə necə olub və bunun qarşısını necə ala bilərik.
- Bir az öncə yaralı azarkeşlə görüşdüz. O, sizə nə dedi?
- İnciyib. Söhbət etdik. Rəşad (azarkeş) mənə dedi ki, "abi, bu kuboku Ağdama aparacağıq?", mən də dedim ki, "mən sənsiz getmərəm". O da başa düşdü. Bildi ki, məsələni belə qoymayacağıq, arxasınca gedəcəyik.
- Bu, birinci belə hal deyil. "Qəbələ"nin avrokuboklardakı oyununda da bu cür hadisə baş vermişdi. Danışıqlar apararaq polisləri stadionlardan uzaqlaşdırmaq mümkündümü?
- Bu məsələri araşdırmadan qərar vermək olmaz. Polislər də bizimdi. Biz gərək hər iki tərəfdən bunu araşdıraq. Azarkeşlərin o cür hərəkəti polisdə bir ajiotaj yaratdı. Polis də panikaya düşdü.
- Avropada belə bir təcrübə var ki, stadionda təhlükəsizliyi klubun mühafizə xidməti təmin edir. Belə bir təcrübəni Azrbaycanda da etmək olmazmı?
- Bu, oyunun böyüklüyünə baxır. Əmin olsaq ki, özümüz bacararıq, polisə müraciət edərək, bu təkliflə çıxış edə bilərik. Ancaq biz bu barədə polisə yalnız təklif verə bilərik.
- İki nəfər azarkeşin saxlandığı deylir. Onlar buraxılıb?
- Mənim bundan xəbərim yoxdu. (Bu vaxt klub rəsmiləri Tahir Gözələ azarkeşlərdən birinin buraxıldığını digərinin də buraxılacağını bildirdilər).
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı
Türkiyə millisindən ardıcıl 4-cü məğlubiyyət - Video
Son məşq - Video
Yapon bacı-qardaşın Bakıda möhtəşəm uğuru
Türkiyədə Superliqa hakimi həbs olundu
“Qarabağ”ın qapıçısı Polşa üzərində qələbəyə sevindi
Yankoviç yenidən Ermənistana qarşı oynadı
Fransadan əzmkar qələbə, Türkiyə İtaliyaya uduzdu
Mikels oynadı, Mutsinzi ehtiyatda qaldı
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi