"Qarabağ"ın ilk rəqibi məlum oldu

"Qarabağ"ın ilk rəqibi məlum oldu
GÜNDƏM 26 May 2016 / 01:00 14537
-  A +

"Qarabağ"ın Avstriyada keçəcəyi təlim-məşq toplanışının planı bəlli olub.

Qol.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov “Neftçi” ilə oyundan sonra keçirdiyi mətbuat konfransında məlumat verib.

Ağdam klubu iyunun 16-da Avstriyaya yollanacaq. “Qarabağ”ın yoxlama oyununda qüvvəsini sınayacağı ilk rəqibi də məlum olub. “Atlılar” iyunun 25-də Avstriyanın ikici liqa təmsilçisi "İnsburq" komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, "Qarabağ" ümumilikdə  4 yoxlama matçı keçirməyi planlaşdırır.

Daha çox


Son xəbərlər