"Futbolçularıma təşəkkür edirəm. Bəlkə də həyatımın ən çətin günlərini yaşadım. Çünki Portuqaliya ilə məğlubiyyətdən sonra onları bu oyuna kökləmək çox çətin idi. Bu, mənim üçün qələbəyə layiq oyun idi".
Bunu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Təbriz Həsənov deyib. Baş məşqçi Belçika ilə matçdan sonra keçirilən mətbuat konfransında 1:1 hesabı ilə nəticələnən matç haqda bunları bildirib: "O məğlubiyyətdən sonra bəziləri ağlayırdı. Mənim üçün çox çətin idi. Düşünürəm ki, bacardıq. İstəməzdim ki, 17 yaşlı uşağın zəif çıxışına görə kimsə onlar haqda pis söz yazsın. Mənə elə gəlir ki, onlar bu təzyiqi üzərindən atdılar. Məni tənqid edən jurnalistə heç nə deyə bilərəm, həmişə qəbul edirəm. Ancaq bu ərəfədə mətbuatı izləmirəm və bunu futbolçularıma da məsləhət görürəm. Bu, futboldur. Portuqaliya oyunda çox böyük təzyiq vardı. Üstəlik erkən qol buraxdıq. Uşaqlar yaxşı oynasa, hesab başqa cür ola bilərdi".
T.Həsənov qrupdan çıxmaq şanslarını da dəyərləndirib: "Biz Şotlandiyanı yensək, Portuqaliya da böyük hesabla qalib gəlsə, qrupdan çıxa bilərik. necə oynayacağımızı zaman göstərəcək. Amma bu futboldur və qələbə üçün meydana çıxacağıq. Bugünkü oyunda şansımız da oldu, amma alınmadı. Buna baxmayaraq, sonadək mübarizə aparacağıq və son şansımızdan istifadə edəcəyik. İkinci hissə üçün taktiki gedişlərimiz, əvəzetmələrimiz vardı. Ancaq qapıçının zədələnməsi planlarımızı pozdu. Onun vəziyyətinə aydınlıq gəlib. Məmməd Hüseynovun yüngül beyin silkələnməsi olub və bir müddət futboldan uzaq qalacaq. Kapitana gəldikdə isə mənə elə gəldi ki, Elçin işinin öhdəsindən gəldi. Bəlkə də siz bu oyunçulara peşəkar futbolçu kimi yanaşırsınız. Ancaq nəzərə alın ki, onların 17 yaşı var və səhvlər olmalıdır. Qarşımıza qrupdan çıxmaq üçün tələb qoyulmuşdu. Biz də bunun üçün çox çalışdıq. Bəlkə bizim bu mərhələdə təcrübəmiz olsaydı, alınardı. Yoldaşlıq görüşləri ilə rəsmi oyunların fərqi böyükdür. İbrahim ötən oyun əsas heyətdə oynadı. Ehtiyatda oturmağı o demək deyil ki, zəif futbolçudur".
O, hakimin bəzi qərarlarından narazı qaldığını bildirib: "Bəlkə də elə deyil, mənim mövqeyimdən yalnış görüşünür. Ancaq düşünürəm ki, hakim səhvləri çox oldu. Bu gün zədə alanlar çox oldu. Siyahıya ehtiyat qapıçımızı salacağıq".
Mənbə: sportnet.az
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var
Sabiq futbolçunu it dişlədi, 50-dən çox tikiş qoyuldu
Rəşad Sadıqovla 250-ci oyun
Kubokda hakim təyinatları açıqlandı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Modriç İbrahimoviçin rekordunu qırdı
"Real" "Barselona"nı belə dayandırdı - Video
Mbappenin “Real”da 100-cü qolu
Maykl Kerrikin “kitabı bağlandı”
Flik “Real”a məğlubiyyətin səbəbini açıqladı
"Qızıl top"u kim qazanacaq?
"El-Klasiko"nu "Real" qazandı
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi