Topaz Premyer Liqasının 32-ci turunda “Zirə”ni 2:0 hesabı ilə məğlub edən “Qarabağ” ardıcıl 9-cu qələbəsini qazanıb.
Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, Ağdam klubu sonuncu dəfə 23-cü turda xal itirib. Fevralın 27-də “İnter”lə səfər oyununda 1 xalla kifayətlənən (1:1) ağdamlılar 65 gündür xal itirmir. Bu müddətdə çempion “Zirə” və “Sumqayıt”ı 2:0, “Qəbələ”ni 2:1, “Rəvan”ı 5:1, “Xəzər Lənkəran”ı 2:1, “Kəpəz”i 4:0, “Neftçi”ni 2:1, “İnter”i və yenidən “Zirə”ni 2:0 hesabı ilə məğlub edib. 9 qələbə zamanı 23 qol vuran komanda 4 top buraxıb.
Bununla da “Qarabağ” tarixinin rekordunu təkrarlayıb. Belə ki, əyalət klubunun Azərbaycan çempionatları tarixindəki ən uzun qələbə seriyası da 9-a bərabər idi. 2010-2011-ci illərdə Qurban Qurbanovun komandası indiki kimi ardıcıl 9 matçda 3 xal qazanmışdı. 2010/11 mövsümündə “Neftçi”yə iki məğlubiyyətin (0:1, 0:2) arasında növbə ilə “İnter”lə “Simurq”u 1:0, “Muğan”ı 2:0, “Xəzər Lənkəran”ı 2:1, “Qəbələ”ni 3:0, “Kəpəz”i 1:0, “Turan”ı 5:1, “İnter”i 2:0, AZAL-ı 1:0 hesabı ilə məğlub edib, 9 oyunda ümumi 18:2 hesabı ilə qalib gəlib.
Muslera üzr istədi
"Real"da ayrılıq - Rəsmi
"Neftçi" slovakiyalı hücumçu transfer etdi
Azərbaycanın iki şahmatçısı dünya çempionu oldu
"Zirə"nin "Torpedo" ilə oyunlarının hakimləri bilindi
"Sabah"ın ÇL oyunlarının hakimləri açıqlandı
Bülent Korkmazın yeni komandası bəlli oldu
"Turan Tovuz"dan Vadji qərarı - Rəsmi
Dünya çempionatları tarixində yeni rekord
Klopp Almaniya millisini sərt tənqid etdi
“Zirə”də kadr dəyişikliyi
Bəhlul nə vaxt qayıdır? - "Qarabağ"dan açıqlama
Azarkeşlərinin DÇ-2026-ya səfərini maliyyələşdirdilər
Bugünkü oyunları yayımlayacaq kanallar
Fransa klubunun futbolçusu boğularaq vəfat etdi
88 yaşlı jurnalistin 17-ci mundialı! - Şəkil
Azərbaycan cüdoçusu bürünc medal qazandı
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti oldu
“İnsanlar haqlıdır, pis oynadıq” - Arda Güler
"Səbail" onu geri qaytardı
“Neftçi” Vernidubla müqaviləni uzatdı
Antirekord təkrarlandı
Yeni transferdən “Qarabağ” paylaşımı
Braziliya FİFA-ya etiraz etdi
Mundialda uğura görə ölkədə bayram elan edildi
Türkiyənin ABŞ üzərində qələbəsi - Video
Dünya çempionatları tarixində yeni rekord
Montella: “Türkiyə komandası buna layiq deyildi”