Şahin Diniyev: "Qoldan sonra tez sakitləşdik"

Şahin Diniyev: "Qoldan sonra tez sakitləşdik"
ÖLKƏ FUTBOLU 30 Aprel 2016 / 19:00 2869
-  A +

"Həm hesabdan, həm də oyunun gedişindən hiss olundu ki, görüş çətin keçdi. Son dövrlər qələbə qazanmaq bizə asan olmur. Komandada yorğunluq var, amma bunu səbəb etmək istəmirəm".

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləro "Kəpəz"in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqanın 32-ci turunda evdə "Rəvan"a 3:2 hesabı ilə qalin gəldikləri oyundan sonra deyib.

Ş.Diniyev komandasının ilk hissədə yaxşı oynamadığını bildirib: "Xarakter hesabına oynamağa çalışırıq və buna da nail oluruq. Birinci hissə yaxşı oynamadıq, qoldan sonra tez sakitləşdik. Fasilədə uşaqlarla ciddi söhbətimiz oldu. Onlara bildirdim ki, hər oyun bizim üçün sanki final görüşüdür.

İkinci hissənin əvvəlində sürətli hücumlarla rəqibi təzyiq altında saxlayıb, lazım olan qolları vura bildik. İki qol buraxmağımız məni narahat edir. O ki qaldı azarkeşlərimizə, onlar sadəcə, möhtəşəmdirlər. Udduq, uduzduq fərq etmir. Hər zaman bizim yanımızdadılar. “Rəvan”a da göstərdiyi mübarizəyə görə təşəkkür edirəm".

Daha çox


Son xəbərlər