"Qəbələ"də ciddi itki: Dodo PAOK-la oyunu buraxacaq

"Qəbələ"də ciddi itki: Dodo PAOK-la oyunu buraxacaq
ÖLKƏ FUTBOLU 24 Noyabr 2015 / 11:19 2689
-  A +

Avropa Liqasının qrup mərhələsində PAOK-la qarşılaşacaq “Qəbələ” Yunanıstana ciddi itki ilə yollanacaq.

Klubun mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, komandanın kapitanı Dodo zədə səbəbindən bu görüşü buraxacaq.

Premyer Liqamızın 12-ci turunda “İnter”lə oyunda əzələsi dartılan braziliyalı yarımmüdafiəçi hazırda vətənində müalicə olunur.

Zədədən əziyyət çəkən digər futbolçular – Dmitri Bezotosnı, Sergey Zenyov və Ermin Zets isə komanda ilə məşqlərə qoşulub. Lakin onların noyabrın 26-da PAOK-la görüşdə iştirak edib-etməyəcəyi hələ ki, dəqiqləşməyib.

Daha çox


Son xəbərlər
20.07.25  13:57

"Real" onu göndərir

20.07.25  11:39

"Roma"dan yeni transfer