AFFA ən yaxşı futbolçunu mükafatlandırmayacaq

AFFA ən yaxşı futbolçunu mükafatlandırmayacaq
XƏBƏR 16 Noyabr 2015 / 18:54 3250
-  A +

AFFA 2015-ci ildə milli komandaların ən yaxşı futbolçusunun mükafatlandırılma mərasimini keçirməyəcək. 

Qol.Az-ın "Report"a istinadən verdiyi xəbərə görə, bu barədə qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu məlumat verib.

Onun sözlərinə görə, səbəb millinin AVRO-2016-nın seçmə mərhələdəki nəticələrinin nəzərdə tutulduğu səviyyədə olmamasıdır: "Komandamızın qarşısına "Avro-2016"nın final mərhələsinə vəsiqə qazanma məqsədi qoyulmuşdu. Amma təəssüf ki, son seçmə tsikldə bu vəzifə yerinə yetirilmədi. Ona görə də ən yaxşı futbolçunun mükafatlandırılma mərasimi olmayacaq".

Qeyd edək ki, AFFA ötən il də eyni səbəbdən analoji tədbiri keçirməyib.

Son xəbərlər
15.07.25  20:59

"Napoli"yə "hə" dedi