"Kəpəz" "Qarabağ"la oyunun hazırlıqlarına başladı

"Kəpəz" "Qarabağ"la oyunun hazırlıqlarına başladı
XƏBƏR 16 Noyabr 2015 / 18:26 1880
-  A +

Noyabrın 14-də yoxlama oyunu çərçivəsində AZAL-la qarşılaşan “Kəpəz” bir günlük istirahətdən sonra məşqləri bərpa edib. 

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda Azərbaycan Premyer Liqasının XIII turunda qarşılaşacağı “Qarabağ”la oyuna hazırlaşır.

“Sarı-göylər”in bu günkü məşqi “Dalğa Arena”da baş tutub. Hazırlıq planına əsasən “Kəpəz” noyabrın 17, 18 və 19-da məşqlərini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirəcək.
 
Ağdam klubu ilə oyunöncəsi sonuncu hazırlıq prosesi isə matçın keçiriləcəyi Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda baş tutacaq.

Son xəbərlər
15.07.25  20:59

"Napoli"yə "hə" dedi