Danışılmış oyunlarla bağlı AFFA-da görüş keçirildi

Danışılmış oyunlarla bağlı AFFA-da görüş keçirildi
XƏBƏR 13 Noyabr 2015 / 18:54 4561
-  A +

UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Rəmiş Malıyev qrup oyunlarında iştirak edən Azərbaycan, Bosniya və Herseqovina, Türkiyə və  Ukrayna komandalarının üzvləri üçün danışılmış oyunlarla bağlı təqdimatla çıxış edib. 

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, təqdimatın əsas məqsədi gənc futbolçulara danışılmış oyunların mahiyyəti barədə məlumat vermək və onları danışılmış oyunlardan qorumaq, çəkindirməkdir.

Qeyd edək ki, noyabrın 10-dan etibarən Bakıda 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 5-ci qrupunun oyunları keçirilir. Bu qrupda millimizlə yanaşı, Bosniya və Herseqovina, Türkiyə və Ukrayna yığmaları da mübarizə aparır.

Daha çox


Qarabağ FK
Son xəbərlər
07.09.26  12:30

Evdə 100-cü qol

topaz banner