Bu gün Azərbaycanın cüdo millisinin yeni baş məşqçisi Peter Seysenbaxerin təqdimat mərasimi olub.
Qol.Az-ın məlumatına görə, mərasimdə jurnalistlərin suallarını cavablandıran avstriyalı mütəxəssis yenidən Azərbaycana qayıtmağından məmnun olduğunu deyib. O, qarşıdakı planları barədə məlumat verib:
“Azərbaycana Cüdo Federasiyasında baş məşqçi işləmək üçün dəvət olunmuşam. İkinci dəfə Azərbaycanda olmaqdan məmnunam. Artıq komanda ilə görüşmüşəm. Gələcək 9 ay üçün Olimpia oyunlarına yaxşı formada hazırlaşmaq üçün proqram hazırlanacaq. Amma detallar haqqında burda danışmaq vacib deyil. Əsas odur ki, komanda yarışlara hazır olduğunu hiss etsin. Bilsinlər ki, biz onların qayğısına qalırıq. Düşünürəm ki, komanda öz üzərində yaxşı işləsə, biz uğur qazana bilərik. Regionlarda daha çox iş görmək lazımdır. İdmançı seçimində biz hər kəsə şans verəcəyik. Hər çəkidə minimum iki nəfər olmalıdır. Ancaq bu şəkildə son ana kimi onlarda motivasiyanı saxlamaq olar. İdmançını reytinqinə görə seçmək düzgün olmaz. Bir çox namizədlər olmalıdır ki, onların arasından ən yaxşılar Azərbaycanı təmsil etsin”.
2012-2014-cü illərdə də Azərbaycanın cüdo millisini çalışdırmış Seysenbaxer ölkəmizdən gedişi haqda danışarkən qeyd edib ki, Cüdo Federasiyası ilə heç bir problemi olmayıb: “Hər zaman münasibətlərimiz yaxşı olub. Elə ona görə də ikinci dəfə Azərbaycana dəvət aldım. Gedişim komandada taktiki dəyişikliklərlə bağlı idi”.
Seysenbaxer baş məşqçi olaraq əvvəlkindən daha az qazanacağını bildirib: “Azərbaycanda qazanacağım məbləğ haqqında danışmayacam. Amma sizə maraqlıdırsa, əvvəlki məbləğdən daha aşağı alacam. İşimizi yaxşı qurmaq üçün çalışmalıyıq”.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı