"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri "Tottenhem" və "Anderlext" bu gün ölkə kubokunun oyununa çıxıb.
Qol.Az-ın məlumatına görə, "Tottenhem" İngiltərə liqa kubokunun 3-cü turunda evdə əzəli rəqibi "Arsenal"ı qəbul edib.
"White Hart Lane" stadionunda keçirilən görüş meydan sahiblərinin məğlubiyyəti ilə başa çatıb. Səfərdə rəqibinə 2:1 hesabı ilə qalib gələn "Arsenal" növbəti mərhələyə adlayıb.
"Anderlext" isə Belçika kubokunun 1/16 finalında evdə aşağı divizion təmsilçisi "Spouven-Mopertingen"lə qarşılaşıb. Matçın ilk hissəsində qapılara qol vurulmayıb. Lakin fasilədən sonra 3 dəfə rəqib qapısına yol tapan "Anderlext" 1/8 finala yüksəlib.
Qeyd edək ki, "Qarabağ"ın qrupdakı digər rəqibi "Monako" sabah Fransa Liqasının 7-ci turu çərçivəsində səfərdə "Monpelye"nin qonağı olacaq.
23 sentyabr
Belçika kuboku, 1/16 final
"Anderlext" - "Spouven-Mopertingen" - 3:1
Qollar: Tielemans, 65-pen (1:0), Diallo, 75 (1:1), Dendonker, 89 (2:1), Suarez, 90+2 (3:1)
23 sentyabr
İngiltərə Liqa kuboku, 3-cü tur
"Tottenhem" - "Arsenal" - 1:2
Qollar: Flamini, 26 (0:1), Çembers, 56-avtoqol (1:1), Flamini, 78 (1:2)
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı