"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Borussiya" (Dortmund) klubu bu gün Almaniya Bundesliqasında növbəti matçına çıxıb.
Qol.Az-ın məlumatına görə, Dortmund təmsilçisi 6-cı turda səfərdə "Hoffenhaym"ın qonağı olub.
Keçirdiyi 5 görüşdə maksimum nəticə göstərən "Borussiya" bu matçda da qələbə qazanmaqla yenidən liderliyə yüksəlməyə çalışacaqdı. Lakin Tomas Tuhelin komandası mövsümdə ilk dəfə xal itkisi ilə üzləşib. Matçın 42-ci dəqiqəsində hesabda geri düşən "Borussiya" 13 dəqiqə sonra bərabərlik qolunu vurub. Lakin Dortmund təmsilçisinin bundan artığına gücü çatmayıb. Oyun 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, bu heç-heçədən sonra "Borussiya" 16 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
23 sentyabr
Almaniya Bundesliqası, 6-cı tur
"Hoffenhaym" - "Borussiya" (Dortmund) - 1:1
Qollar: Rudi, 42 (1:0), Obameyanq, 55 (1:1)
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı