"Biz daha yaxşı oynadıq" – "Neftçi"nin qapıçısı

"Biz daha yaxşı oynadıq" – "Neftçi"nin qapıçısı
ÖLKƏ FUTBOLU 21 Sentyabr 2015 / 00:18 4107
-  A +

"Neftçi"nin heyətində ilk matçıma çıxdım. Təəssüf ki, komandamız qələbə qazana bilmədi və bir xalla kifayətləndik”.

Bu sözləri Qol.Az-a açıqlamasında “Neftçi”nin qapıçısı Miçal Peskoviç  “Xəzər Lənkəran”la oyun (1:1) haqda danışarkən deyib.

Slovakiyalı qolkiper rəqibdən üstün oynadıqlarını bildirib: “Biz “Xəzər Lənkəran”dan daha yaxşı oynadıq. Amma çox çalışsaq da, qələbə qolunu vura bilmədik. Qapımıza vurulan qolda kimin səhvi olduğunu demək bir az çətindir. Amma son epizodda mən topun hansı istiqamətdə gəldiyini görürdüm. Son anda Melli bir futbolçu ilə yaxınlaşdı və mən də düşündüm ki, topu başı ilə uzqlaşdıracaq. Amma başını çəkdi və top qapıdan keçdi. ikinci hissədə "Xəzər Lənkaran"ın futbolçuları vaxtı çox uzadırdı.

Bu matçın Azərbaycan futbolu üçün böyük oyun olduğunu eşitmişdim. Bu haqda əvvəlcədən məlumatım var idi. Son oyunlarla müqaisədə bu dəfə azarkeş sayı da çox idi”.
 

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq