"Bu, "Neftçi"yə və peşəkar oyunçuya yaraşan hal deyil"

"Bu, "Neftçi"yə və peşəkar oyunçuya yaraşan hal deyil"
ÖLKƏ FUTBOLU 20 Sentyabr 2015 / 23:47 8030
-  A +

"Bilirsiniz ki, “Neftçi” və “Xəzər Lənkəran” oyunları çətin keçir. Oyuna ciddi hazırlaşmışdıq. Skarlatake zədəli olsa da, meydana çıxmışdı. Heyətimizdə gənc oyunçularımız var. Matçın gedişində səhvlər edirdik. Buna baxmayaraq, vuruşub 1 xal qazandıq".

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov Premyer Liqanın 5-ci turunda "Neftçi" ilə 1:1 bərabərə qaldıqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Futbolçusu Adrian Skarlatakenin meydandan qovulmasına münasibət bildirən Y.Hüseynov rumıniyalı müdafiəçinin həmin epizodda topa oynadığını vurğulayıb: "Ola bilər ki, səhv edirəm. Amma mən düşünürəm ki, Skarlatake ikinci  sarı vərəqə almazdan öncə topa oynamışdı. Sözsüz ki, bu mənim fikrimdir. Yəqin ki, epizoda baxıb, qiymət verəcəklər. Bir məsələyə də toxunmaq istəyirəm. “Neftçi”nin 15 nömrəli oyunçusu Erik Ramos xoşagəlməz bir hərəkət etdi. Qapıçımız Orxan Sadıqlı zədədən qayıdıb, dizindən əməliyyat olunub. Dizində ağrılar hiss elədi və topu meydançadan çıxardı. Amma Erik topu bizə qaytarmadı. Bu, “Neftçi”yə və peşəkar oyunçuya yaraşan hal deyil. Erik həmişə belə hərəkətlər edib. Fasilə zamanı baş hakim Rəhim Həsənova yaxınlaşıb xahiş elədim ki, Ramosun hərəkətlərinə diqqət yetirsin. Artıq bu oyunu unutmalıyıq. Bizim zədəli oyunçularımız var. Qarşıda isə çətin oyunlar bizi gözləyir”.

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu