"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Avropa Liqasının qrup mərhələsində səfərdə "Tottenhem"ə uduzduqları görüşdən (1:3) sonra Qol.Az-ın Londona ezam olunmuş müxbirinin suallarını cavablandırıb.
- Komandanız çətin London səfərindən xalsız qayıdır. Oyun haqqında nə deyə bilərsiz?
- Qarşımızdakı rəqib böyük komanda idi. Rəqibin heyətində matçın sonlarına yaxın meydana çıxan 10 nömrəli futbolçularının (Hari Keyni nəzərdə tutur - red) 60 milyon avro qiyməti var. Bütün bunlara baxmayaraq, "Qarabağ" rəqibin adından çəkinmədən gözəl oyun sərgilədi və bizim qürurumuzu ucaltdı. Bir söz də deyim ki, rəqibin ilk qolu çox axmaq bir qol idi. Qapımıza vurulan həmin topdan sonra komandamız bir az özünü itirdi. Hesab edirəm ki, "Qarabağ"ın dəstəyə ehtiyacı var. Sabah (bu gün) komandamız Azərbaycana qayıdır. Bütün xalqımız bir olub, cavab matçında onlara öz gücümüzü göstərməliyik.
- Yəni "Qarabağ"ın oyunundan razı qaldınız?
- Çox razı qaldım. Komandamla fəxr edirəm ki, belə rəqiblə canla-başla oynayıb, matçda ürəklərini qoydular. Tahir Gözəl olaraq "Qarabağ"la qürur duyuram.
- İlk matçda uduzsanız da, hələ də şansınızın olduğunu söyləmək olar?
- Təbii ki. Amma çox çətin qrupa düşmüşük. "Qarabağ" bu qrupda nəsə edə bilsə, "ölümsüz" olacaq. Çünki bu çətin işin mükafatı odur. "Tottenhem"lə oyunda mən özünə güvənən, taktika ilə oynayan, qorxmaz "Qarabağ" gördüm. Ona görə də çalışacağıq ki, daha yaxşı nəticələr qazanaq.
- Belə bir çətin qrupda "Qarabağ"ın qarşısına hansısa bir hədəf qoyulubmu?
- Qurban Qurbanovun bütün istəklərini yerinə yetirdik. Yeni futbolçular komandaya qoşuldu. Yəni, bütün imkanlarımızdan istifadə edirik ki, "Qarabağ"ı daha böyük yerlərə aparaq. Cavab matçında da hər şeyin ən yaxşısını etməyə çalışacağıq. Hədəfimiz qazanmaq və qrupdan çıxmaqdır. Bütün Azərbaycan xalqını ev oyunlarında stadiona dəvət edirəm.
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var
Sabiq futbolçunu it dişlədi, 50-dən çox tikiş qoyuldu
Rəşad Sadıqovla 250-ci oyun
Kubokda hakim təyinatları açıqlandı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Modriç İbrahimoviçin rekordunu qırdı
"Real" "Barselona"nı belə dayandırdı - Video
Mbappenin “Real”da 100-cü qolu
Maykl Kerrikin “kitabı bağlandı”
Flik “Real”a məğlubiyyətin səbəbini açıqladı
"Qızıl top"u kim qazanacaq?
"El-Klasiko"nu "Real" qazandı
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov