“Qarabağ” artıq “Tottenhem”ə də qalib gəlməlidir”

“Qarabağ” artıq “Tottenhem”ə də qalib gəlməlidir”
ÖLKƏ FUTBOLU 16 Sentyabr 2015 / 16:02 10118
-  A +

Sabah Avropa Liqasının qrup mərhələsində ilk turun oyunları keçiriləcək. Ölkəmizi turnirdə təmsil edən “Qarabağ” və “Qəbələ” də qrupda ilk oyunlarına çıxacaq. Ağdam təmsilçisi səfərdə İngiltərinin köklü klublarından olan “Tottenhem”lə, “Qəbələ” isə  Bakıda Yunanıstan PAOK-u ilə qarşılaşacaq.

Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov Qol.Az-ın müxbiri ilə söhbətində komandalarımızın şansları və imkanları barədə danışıb:

“Bizdə qrupu dəyərləndirəndə çox vaxt “ölüm qrupu”na düşdüyümüzü deyirlər. Ancaq belə qrup yoxdur. Avropada oynayırsansa, istənilən rəqiblə başabaş mübarizə aparmalısan. Fərqi yoxdur,  rəqib istər “Tottenhem” olsun, istərsə də “Barselon”a. Öz gücünü tam olaraq meydanda göstərməlisən. “Qarabağ” elə bir səviyyəyə çatıb ki, artıq bu cür komandalara da qalib gəlməlidir. Nəzərə alaq ki, ötən mövsüm komandamız qrupdan çıxmağı bacarmışdı. Sadəcə, hakim haqsızlığı buna imkan vermədi. Bu il də “Qarabağ” həmin nəticəni təkrarlamalıdır. Londonda böyük azarkeş kütləsi qarşısında oynamaq “Qarabağ” üçün heç bir problem yarada bilməz. Çünki onlar belə stadionlarda çox çıxış ediblər. 

İngiltərə futbolu çox sürətlidir. Sabah “Tottenhem” güclü pressinq edəcək. Ona görə də “Qarabağ”ın futbolçuları hər şeyi rəqibdən tez etməlidir. Çox cəld olmalıdırlar. Əsasən standart vəziyyətlərdə ehtiyatlı olmaq lazımdır. “Qarabağ” maksimum gücünü ortaya qoysa, səfərdən qələbə ilə də qayıda bilər.

“Qəbələ”yə gəlincə, onlar özlərini sübut etməlidir. Düşünməməlidir ki, qrupa düşmüşük, bu bizə bəsdir. İndiki halda “Qəbələ”yə qələbələr lazımdır. Oyunu komandadakı liderlər üzərində qurmaq lazımdır. “Qəbələ”nin kifayət qədər yaxşı heyəti var. Rəhbərlik komanda üçün yüksək səviyyədə şərait yaradıb. Baş məşqçi nə deyibsə, onu da ediblər. İndi daha yaxşı nəticələr qazanmaq qalır”.

Daha çox


Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə