“Onlar “Qəbələ” üçün keçilməz rəqib deyil” – Dodo
“Qəbələ”nin kapitanı Paulo Luiz Hillario (Dodo) Qol.az saytına müsahibə verib. Braziliyalı yarımmüdəfiəçi ilk olaraq Premyer Liqamızın son turunda məğlub olduqları “İnter”lə oyundan (1:2) danışıb.
- Çox maraqlı qarşılaşma oldu. “İnter” Azərbaycan Premyer Liqasında əsas rəqiblərimizdən biridir. Qələbə qazanmaq üçün çox çalışdıq, amma alınmadı. Komandamız pis oynamadı. Hətta bir neçə qol epizodlarımız da oldu. Sadəcə, əlimizə düşən fürsətlərdən yararlana bilmədik.
- Səncə, komandanın cari mövsüm ilk məğlubiyyətinə səbəb nə idi?
- “İnter” sıradan rəqib deyil. Onlar hər zaman ilk pillələr uğrunda mübarizə aparıb. Bu il də iddialı olduqlarını bizimlə matçda sübut etdilər. Məğlub olmağımızın xüsusi səbəbi yoxdur. Sadəcə, alınmadı. Bəlkə də erkən vurulan iki qol matçın taleyini həll etdi. Amma biz yenə də sona kimi mübarizə apardıq.
- Avropa Liqasında PAOK-la oyun öncəsi bu məğlubiyyət komandaya mənfi təsir göstərməyəcək?
- Əlbəttə qələbə qazansaq yaxşı olardı. Amma məğlubiyyət komandaya heç bir psixoloji təsir etməyəcək. Çünki biz hər bir matça yaxşı hazırlaşıb, motivasiya olmağı bacaran komandayıq. Artıq bütün diqqətimizi PAOK-la matça yönəltmişik. Biz hər zaman qələbə qazanmaq üçün meydana çıxırıq. Fərqi yoxdur, Azərbaycan çempionatı və ya Avropa Liqasının oyunları. İnanıram ki, Avropa Liqasinda qarşıdan gələn ilk matçımızda sərfəli nəticə qazanacağıq.
- Ümumiyyətlə, qrupdakı rəqiblərinizi necə dəyərləndirirsən?
- Qurupdakı rəqiblərimiz də bizim kimi komandalardır. Düzdür, onların avrokuboklanda təcrübəsi bizdən çox ola bilər. Amma onlar keçilməz rəqiblər deyil. Bizim işimiz məşqlərimizi edib, hər bir oyunda xal qazanmaqdır.
- Doğma meydanda PAOK-dan xal ala bilməsəniz, “Qəbələ” qrupdan
çıxmaq şansını itirəcək demək olar?
- Biz belə şeylər fikirləşmirik. Əvvəlcə oynayaq , sonra bu haqda danışarıq.
Ergün SEYİD