"Qorxulu bir şey yoxdur" – Arif Daşdəmirov

"Qorxulu bir şey yoxdur" – Arif Daşdəmirov
ÖLKƏ FUTBOLU 13 Sentyabr 2015 / 18:00 4375
-  A +

“Ağır oyun keçdi. Məğlub olsaq da, qol vurmaq üçün bir neçə epizodumuz oldu. Rəqib buraxdığımız səhvlərdən istifadə etdi və qələbə qazandı”.
 
Bu sözləri Qol.Az-a açıqlamasında “Qəbələ”nin futbolçusu Arif Daşdəmirov “İnter”ə uduzduqları oyundan (1:2) sonra deyib.

Millimizin üzvü sıx qrafiklə oynadıqlarını ancaq bunun onlar üçün çətinlik yaratmadığını bildirib: ”Məğlub olmağımızda  qorxulu bir şey yoxdur. Qarşıdan PAOK-la oyun gəlir. “İnter”lə matçı unudub bütün diqqətimizi bu matçayönəltməli və yaxşı hazırlaşmalıyıq. Sıx qrafiklə oynasaq da, biz hər şeyin öhdəsindən gələcək gücdəyik”.

Arif Daşdəmirov matçın sonlarına yaxın “İnter”in futbolçusu Nizami Hacıyevlə arasında yaşanan münaqişəyə də toxunub: “Nizami ilə aramızda heç bir problem yoxdur. O, mənim dostumdur. Sadəcə, oyunun sonuna yaxın əvəzlənən zaman vaxtı uzatmağa çalışırdı. Mən də meydanı tez tərk etməsini istədim”.

Daha çox


Son xəbərlər