"Krasnodar" və PAOK-la oynamaq gücündəyik" – Rəşad Sadiqov

"Krasnodar" və PAOK-la oynamaq gücündəyik" – Rəşad Sadiqov
ÖLKƏ FUTBOLU 13 Sentyabr 2015 / 12:56 3825
-  A +

"Çətin oyun oldu. Qələbə qazanmağa çalışsaq da, alınmadı. "İnter" çox yaxşı təsir bağışladı".

Bu sözləri Qol.Az-a açıqlamasında "Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Sadiqov "İnter"ə uduzduqları oyundan sonra deyib.

O, Avropa Liqasının qrup mərhələsində PAOK-la keçiriləcək oyun öncəsi alınan bu məğlubiyyətin komandada əhval-ruhiyəyə mənfi təsir etməyəcəyini bildirib: "Biz peşəkar komandayıq. Bu məğlubiyyət Avropa Liqasındakı oyunumuza təsir edə bilməz. Komandamızda qələbəyə inam  çoxdur. PAOK-la ancaq üç xal üçün oynayacağıq. Qrupdan çıxmaq istəyiriksə,  ev oyunlarımızda qələbə qazanmalıyıq. Avropa Liqasında asan rəqib yoxdur. "Borussiya"nı çıxmaq şərti ilə  "Krasnodar" və PAOK eyni gücdədir. Onlarla oynamaq gücündəyik. Çalışacağıq ki, bu iki komanda ilə oyunlardan maksikmum xal toplayıb qrupdan çıxaq".

"Neftçi" ilə Avropa Liqasının qrup mərhələsində oynadığını xatırladan millimizin üzvü "Qəbələ"də daha böyük uğura nail olmaq istədiyini qeyd edib: "Bir dəfə Avropa Liqasının qrup oyunlarında oynamışam.  Amma qrupdan çıxa bilməmişik. Çalışacağıq ki, bu dəfə qrupdan çıxaq" .

Daha çox


Son xəbərlər