UEFA yığma komandaların yeni reytinq siyahısını açıqlayıb.
Qol.Az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, siyahıda 54 komanda yer alıb.
Millimizin mövqeyində dəyişiklik olmayıb. Robert Prosineçkinin komandası 17,586 xalla 41-ci pillədə qərarlaşıb. Siyahıda millimizdən sonrakı pillələri Gürcüstan, Latviya, Moldova, Kipr, Makedoniya, Lüksemburq, Farer adaları, Lixtenşteyn, Qazaxıstan, Malta, Andorra, San Marino və Cəbəllütariq yığmaları tutub.
Yığmamızın "Avro-2016"nın seçmə mərhələsindəki rəqiblərindən İtaliya millisi 2 pillə irəliləyərək 5-ci yerə yüksəlib. Son iki turda uğursuz nəticə ilə diqqət çəkən Xorvatiya yığması 5 pillə geriləyərək 14-cü olub. Norveç 24-cü (+3), Bolqarıstan 37-ci (-3) və Malta 51-ci (0) pillədə yer alıb.
Qeyd edək ki, siyahıya yenə son dünya çempionları Almaniya yığması başçılıq edir. İspaniya ikinci, İngiltərə isə üçüncüdür.
"Jirona"dan "Araz-Naxçıvan"ın rəqibinə keçdi
"Qarabağ" Dublindədir - Şəkillər
Sabiq "Qalatasaray"lı Türkiyəyə qayıtdı - Rəsmi
"Qəbələ"nin legioneri "Şamaxı"da baxışdadır
"Kəpəz" "Qəbələ" ilə qarşılaşdı
"Şamaxı" "Karvan"a qalib gəldi
Yeni transfer Liverpuldadır
Asim Xudiyevə UEFA-dan növbəti təyinat
"Neftçi" məşqçisi ilə yollarını ayırdı
"Atletiko"dan "İnter Mayami"yə
"Bavariya" "Liverpul"un oyunçusu ilə razılığa gəldi
Azərbaycan klublarının Konfrans Liqasında potensial rəqibləri müəyyənləşdi - Yenilənib
"Qarabağ"ın cavab oyununun hakimləri bilindi
"Roma" yeni transferini açıqladı