Azərbaycanlı nazir millimizin uğuruna görə fit çaldı (VİDEO)

Azərbaycanlı nazir millimizin uğuruna görə fit çaldı (VİDEO)
VİDEO 4 Sentyabr 2015 / 17:37 10665
-  A +

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Xorvatiya matçını bir sıra dövlət rəsmiləri də izləyib.

Qol.Az-ın sport7.az sayttına istinadən yaydığı xəbərə görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da millimizə dəstək verənlər arasında olub. O, qarşılaşmanı rəsmilər üçün ayrılmış VİP lojadan izləyib.

Yığmamızın qarşılaşmadan 1 xalla ayrılması digərləri kimi, E.Məmmədyarovu da sevindirib. Maraqlıdır ki, nazir heç-heçəni fit çalmaqla qeyd edib. Xatırladaq ki, bundan başqa mədəniyyət və turizm naziri Əbülfəs Qayayev, SOCAR və AFFA-nın prezidenti Rövnəq Abdullayev də qarşılaşmanı canlı izləyib.

Video: supersport.az


Daha çox


Son xəbərlər
09.11.25  22:42

Məşhur klub satılır