FİFA meneceri, futbol şərhçisi Erkin İbrahimovun Qol.Az saytına müsahibəsi
- Milli komandamızın "Avro-2016"nın seçmə mərhələsində dünən Xorvatiyadan bir xal alması sizdə hansı təəssüratları yaratdı?
- Dünənki uğurlu nəticəmizi çoxları müəyyən amillərlə bağlayır. Onu qeyd etmək istərdim ki, baş məşqçimiz Robert Prosineçki rəqibi düzgün analiz etmişdi. Bəlkə də Xorvatiya millisini onun qədər tanıyan yoxdur. Prosineçki Berti Foqtsdan fərqli olaraq oyunçulara motivasiya verməyi bacarır. Foqts olsa, yenə başlayacaqdı ki, çıxaq futbol öyrənək və ya Xorvatiya ilə 2-3 ildən sonra oynaya bilərik. Ancaq Prosineçki konkret olaraq qarşıya məqsəd qoyur və nəticə qazanır. Dünən komandamızda özünəinam hiss olundu. Rəqib isə qol vura bilmədikcə psixoloji cəhətdən çətin vəziyyətə düşdü.
- Millimiz tarixində ilk dəfə ardıcıl üç rəsmi oyunda qol buraxmadı. Komandamız üç oyundan beş xal topladı. Düşünürsüz ki, bu uğurlu çıxışlarda əsas pay sahibi baş məşqçi Robert Prosineçkidir?
- Bəli, baş məşqçi amilinin rolu böyükdür. Təəssüflənirik ki, Prosineçki seçmə mərhələnin əvvəlindən millimizə rəhbərlik etmədi. Berti Foqtsla altı il itirdik.
- Prosineçkinin gəlişindən sonra millimizdə hansı müsbət dəyişikliklər olub?
- Nədənsə, Azərbaycanda çoxları millimizdən və klublarımızdan ancaq hücum futbolu tələb edir. Ancaq reytinqə də baxmaq lazımdır. Bizdən sırf hücum futbolu tələb etmək düzgün deyil. İndi də millimiz müdafiə futbolu oynayır. Ancaq müdafiədən hücuma daha ağıllı, sürətlə çıxırıq. Artıq müdafiədə saya yox, keyfiyətə fikir veririk. Ümumiyyətlə, Prosineçki bizim mentalitetə uyğun - Qafqaz futboluna üstünlük verir. Qısa ötürmələr, sürətli keçidləri futbolumuza qaytara bilib. Foqts futbolçulara fərdi oynamağı tapşırırdı. O, nəinki rəqibin hücumçularını, hətta orta xəttə bir sürətli futbolçu varsa, onu da tutmağı tapşırırdı. Baxın, Samir Abasov və Aqil Nəbiyevi hansı mövqelərdə oynatmadı? İndi isə hərə öz yerində oynayır. Hamı öz işini yaxşı bilir. Prosineçki Foqtsdan fərqli olaraq lazımsız eksperiment aparmır, daha çox rəqibə görə deyil, özümüzə uyğun futbol oynamağı futbolçulara tapşırır.
- Heyət seçimi ilə bağlı bəzən Prosineçki də tənqid olunur.
- Bəli, ideal insan olmur. Prosineçki konservativ adamdır. Yanvarda keçirilən təlim-məşq toplanışında kimləri bəyənibsə, indi də beynində onlardır. Fərqinə varmır ki, ola bilsin Məhəmməd Qurbanov o görəndə yaxşı formada olub, indi isə yox. Ruslan Qurbanovu da misal çəkmək olar. Ruslanın yaxşı futbolçuya çevrilməsi üçün heç bir keyfiyyət görmürəm. Ona "Neftçi"də çox şans verildi, ancaq özünü doğrlutmadı. Prosineçki Ruslanı "Hayduk"a göndərməkdə səhv etdi. Ruslan hara, "Hayduk" hara? "Hayduk"un aşağı yaş qruplarından elə futbolçular çıxır ki, heç Ruslana gərək yoxdur. Yəni Prosineçkinin də bir cəhəti var ki, hansı futbolçudan xoşu gəldisə, ondan əl çəkmir. Məncə, öz seçimində bir az da ədalətli olmalıdır. Araz Abdullayev həm Ruslan Qurbanov, həm də Məhəmməd Qurbanovdan üstündür. Necə olur ki, Araza şans vermir? Belə şeylər olmamalıdır. Prosineçkinin heyət seçimi 80-90 faiz düzgündür. Şükürlər olsun ki, indiki məşqçimiz Foqts kimi orda-burda gəzmir, çempionat oyunlarını izləyir. Ən əsası millimizi Cihan Özkara, Əli Gökdəmir, Rüfət Dadaşov kimi lazımsız futbolçulardan təmizləyib. Prosineçkinin seçimində də bir-iki şübhəli məqamlar var. Yəqin ki, vaxt keçdikcə o da anlayacaq ki, tək onun beynindəkilər yox, daha layiq olan futbolçular millidə oynamalıdır.
- AFFA-nın baş katibi Elxan Məmmədov dünənki oyundan sonra bildirdi ki, Prosineçki ilə mövsümün əvvəlindən çalışmaq lazım idi. Sizcə, xorvatiyalı mütəxəssis vaxtında millimizə dəvət edilsəydi, qrupda üçüncü yeri tuta bilərdik?
- Konkret Prosineçkinin yox, o tipdə bir məşqçinin gəlməsini çoxdan arzulayırdıq. Elə ilk seçmə mərhələdən sonra AFFA rəhbərliyi Foqtsun əlini sıxıb, onunla vidalaşmalı idi. O vaxt biz Foqtsu tənqid edəndə deyirdilər ki, siz Azərbaycan futbolunu istəmirsiz, qara qüvvələrsiniz. Həmişə bildirirdik ki, bizə adlı-sanlı məşqçi lazım deyil. Prosineçki biz istəyən kriteriyalara cavab verir. Hələ 2008-ci ildə millimizə Proseineçki kimi bir məşqçi gətirilməli idi. Deyə bilmərik ki, ziyanın yarısından qayıtmışıq. Çünki Foqtsla həddindən artıq vaxt itirdik. Təəsüflər olsun ki, bizdə qlobal dəyişikliklər ancaq böyükhesablı məğlubiyyətdən sonra baş verir. Biz hökmən kiməsə 0:5, 0:6 hesabı ilə uduzmalıyıq ki, məşqçi dəyişdirilsin. Şahin Diniyevin də vaxtında belə oldu, Karlos Alberto Torresin də. Kaş 0:6 hesabı ilə 2009-cu ildə uduzardıq və Foqtsdan canımız qurtarardı.
- Prosineçkinin dönəmində də millimiz ağır məğlubiyyətə uğraya bilər?
- Əlbəttə, heç kim belə məğlubiyyətdən sığortalanmayıb. Biz Prosineçkinin müsbət keyfiyyətlərindən danışdıq, ancaq görürük ki, onda da çatışmazlqılar var. Lakin əvvəlki illərə nisbətən futbolumuzdan inkişaf hiss olunur. 1999-cu ildən Azərbaycan futbolunu yaxından izləyirəm. Düzdür, bizim veteran futbolçular, bəzi mütəxəssislər AFFA-ya xoş getmək üçün son 20 ildə bəlkə də iki min dəfə deyiblər ki, biz düzgün yoldayıq. Ancaq mən Prosineçkinin futbola yanaşmasını, millimizin oyununu gördükdən sonra deyə bilərəm ki, bəli, biz düzgün yolun astanasındayıq.
- Düzgün yolda olsaq da, artıq "Avro-2016"nın final mərhələsinə yüksəlmək şansımız çox azdır. Bəs, "DÇ-2018" haqda nikbin danışa bilərikmi, millimizin mundiala vəsiqə qazanmaq üçün potensialı varmı?
- Yazıq Mişel Platini əlindən gələni edir ki, Azərbaycan, Gürcüstan, Qazaxıstan və bu kimi ölkələr hansısa uğura yiyələnsinlər. Komandaların sayını 16-dan 24-ə qaldırdı. Daha neyləsin? Düzdür, klublarımızın Avropadakı uğurlarına sevinirik, ancaq bu gün Avropada 7-8 normal futbol oynayan milli komanda var. Yəni final mərhələsinə vəsiqə qazanmaq üçün yaxşı şans yaranıb. Ancaq pafoslu çıxışlar lazım deyil. Hədəflərdən, uşaq futbolundan danışmaq da artıqdır. Əsas millinin yeri ayrıdır. Uşaq futbolundan danışmaq və bu kimi bəhanələr əbəsdir. Bizim futbolçularda müəyyən uğurlu oyunlardan sonra arxayınlaşma olur. Qorxuram ki, bu, Prosineçkiyə də keçər. Qeyd etdiyim kimi, Avropada 7-8 komandadan başqa hər bir rəqiblə oynamaq olar.
Ramiq AĞAMƏMMƏDOV
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu
"Çelsi"dən antirekord
Mövsüm ərzində 4-cü dəfə zədələndi
Azərbaycanı 43 boksçu təmsil edəcək
1-ci liqada həftənin hakimləri məlum oldu
Azərbaycanlı qadın hakimlərə UEFA-dan növbəti təyinat
Azərbaycan millisi FİFA reytinqində irəlilədi
AFFA təcavüzkar davranan anqolalını cəzalandırdı
Maqomed Adiyev istefaya göndərildi
AFFA bu komandaları yarışlardan kənarlaşdırdı
Qattuzonun gələcəyi ilə bağlı açıqlama: Qovulacaq, ya yox?
AFFA "Kəpəz"i 6500 manat cərimələdi
Hər şeyə qulp qoymaq şakərimiz...
İraqda milli komandaya görə 2 gün iş olmayacaq
Ançelotti Modriçə: "Sənin braziliyalı baban var?"
Vaqif Cavadov Azərbaycan millisinə məşqçi təyin olundu
"Oyunçularıma dedim ki, gedin və əylənin"
Qattuzo üzr istədi
Ronaldosuz Portuqaliya ABŞ-ı məğlub etdi
“Qələbəni tənqid ediriksə, məğlub olsaq, nə edərdik?”
Montelladan DÇ-2026 açıqlaması
Braziliya Xorvatiyaya qalib gəldi
Messi onlara da qol vurdu - 902 oldu
Tarixin ən uğursuz İtaliya millisi
DÇ-2026-nın bütün iştirakçıları müəyyənləşdi
Ərdoğan millini təbrik etdi
Millətlər Liqası: Lüksemburq və Latviya C Liqasında qaldılar
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər