"Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev son dövrlər paytaxt klubunda, eləcə də ölkə futbolunda baş verən hadisələrə münasibət bildirib.
Qol.Az-ın azerisport.az saytına istinadən yaydığı xəbərə görə, o, öncə bunları söyləyib:
- Mən iki həftə idi burada deyildim. Bundan istifadə edib axmaq-axmaq xəbərlər yayıblar ki, guya mən "Neftçi"dən incimişəm və buna görə oyunlara getmirəm. Bunlar hamısı yalandır. Mən doğrudan da burada deyildim. Oğlumun ad gününə getmişdim. O, İngiltərədə təhsil alır.
Bu yaxınlarda Azərbaycanda faciə baş verdi, jurnalist öldürüldü. Bu, böyük rezonansa səbəb olub. Hadisənin futbolla bağlı olduğunu hər yerdə bilirlər. Mən Azərbaycan PEN-klubunun prezidentiyəm. PEN-klub jurnalistləri və yazıçıları bütün dünyada müdafiə edən çox nüfuzlu təşkilatdır. İranda bizim şairlərimizdən 2 nəfəri saxlayanda PEN-kluba müraciət etdik, məhkəməni dayandırdılar və onları buraxdılar. Son hadisəyə gəlincə, beynəlxalq PEN-klub məndən tələb etdi ki, Azərbaycan PEN-klubunun rəhbəri kimi müraciətə qol çəkim ki, Azərbaycan klubları 3 illik beynəlxalq yarışlardan kənarlaşdırılsınlar. Onlar təzyiq edərək “Qəbələ” ilə “Qarabağ”ı Avropa Liqasından uzaqlaşdırmaq istəyirdilər. Təcili zəng vurdum AFFA-ya və məsləhətləşdik. Mənə bildirildi ki, məsələnin əsl mahiyyətini beynəlxalq PEN-kluba izah etmək lazımdır. Mən orda da bildiridim ki, Azərbaycan prezidenti İlham Əliyev bu məsələni rəsmi olaraq pisləyib və cinayət işi açılıb. Jurnalistin ölümündə günahkar olanlar və hətta şübhəli bilinənlər hamısı həbs ediliblər. Bu təşkilat UEFA-ya müraciət etsəydi, Mişel Platini elə həmin gün klublarımızın hamısını üç illik cəzalandırmaq barədə qərar çıxaracaqdı. Amma biz vaxtında bu məsələni bağlaya bildik. Fikrimcə, Azərbaycan futbolu üçün böyük iş gördük.
- Deməli, siz heç kimdən inciməmisiniz və klubu da tərk etməyə hazırlaşmırsınız?
- Mən getməyimlə bağlı raport yazmışam. Amma tarixini 1 dekabr 2037-ci il yazmışam. Çünki həmin il "Neftçi"nin yüz illiyi olacaq, mənim isə 78 yaşım. Əlbəttə, həmin dövrə kimi klubun sponsorları məni vəzifəmdən uzaqlaşdırmasa, heç bir yerə getməyəcəyimə söz verirəm. Azərbaycanın xalq yazıçısıyam. Amma haqqımda bəzi yazılanlar məni çox məyus edir. Həmin yazılar arasında elələri də var ki, üstündən sükutla keçmək olmur. Məsələn, həyat yoldaşımla bağlı yazılanlar. Bizim ölkəmizdə belə hadisə necə baş verə bilər? Həyat yoldaşı xanımının şəklini saytda görürsə, nə etməlidir? Sərhəddi keçmək olmaz. Həmin yazı ilə də bağlı məhkəməyə müraciət edəcəyik.
Bu gün mətbuatda oxuyuram ki, bizim idman direktorumuzla baş məşqçimiz bir-birini sevmirlər. İdman direktoru yazılanların hamısını ironiya ilə qarşıladı. Bütün bunlar "Neftçi"yə qarşı qəsdən edilir. Təkcə kluba yox, həm də sponsorumuza, idmanımıza. Bütün bunlar oxucuları yanıldır. Belədə insanlar düşünə bilər ki, "Neftçi"də belədirsə, onda digər klublarımızda nələr baş verir? Biz bunu belə qoymayacağıq.
- Ötən gün Müşahidə Şurasının növbəti iclasında nələri müzakirə etdiniz?
- Biz yeni komanda yaradırıq. Klubumuz Premyer Liqada ən gənc heyətə malikdir. Mən apreldə bu komandanı qəbul edəndə yığmaya bizdən heç kim dəvət almırdı. Amma indi yığmada beş futbolçumuz var. Bu, müsbət faktdır. Gizlətməyəcəyəm, "Neftçi"nin əcnəbi futbolçulara çoxlu borcu var idi. Bu da bizə ciddi problemlər yaradırdı. SOCAR sağ olsun ki, bu məsələnin həllində bizə yardımçı oldu. İki il sonra "Neftçi"nin 80 illiyi qeyd olunacaq. Bizim öz bazamız olmalıdır. İndiki baza klubumuzun səviyyəsinə uyğun deyil. Bizə bu məsələnin həll ediləcəyinə söz verilib. Biz həm də Azərbaycanda şəffaf büdcəsi olan ilk kluba çevrilmək istəyirik.
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu
"Çelsi"dən antirekord
Mövsüm ərzində 4-cü dəfə zədələndi
Azərbaycanı 43 boksçu təmsil edəcək
1-ci liqada həftənin hakimləri məlum oldu
Azərbaycanlı qadın hakimlərə UEFA-dan növbəti təyinat
Azərbaycan millisi FİFA reytinqində irəlilədi
AFFA təcavüzkar davranan anqolalını cəzalandırdı
Maqomed Adiyev istefaya göndərildi
AFFA bu komandaları yarışlardan kənarlaşdırdı
Qattuzonun gələcəyi ilə bağlı açıqlama: Qovulacaq, ya yox?
AFFA "Kəpəz"i 6500 manat cərimələdi
Hər şeyə qulp qoymaq şakərimiz...
İraqda milli komandaya görə 2 gün iş olmayacaq
Ançelotti Modriçə: "Sənin braziliyalı baban var?"
Vaqif Cavadov Azərbaycan millisinə məşqçi təyin olundu
"Oyunçularıma dedim ki, gedin və əylənin"
Qattuzo üzr istədi
Ronaldosuz Portuqaliya ABŞ-ı məğlub etdi
“Qələbəni tənqid ediriksə, məğlub olsaq, nə edərdik?”
Montelladan DÇ-2026 açıqlaması
Braziliya Xorvatiyaya qalib gəldi
Messi onlara da qol vurdu - 902 oldu
Tarixin ən uğursuz İtaliya millisi
DÇ-2026-nın bütün iştirakçıları müəyyənləşdi
Ərdoğan millini təbrik etdi
Millətlər Liqası: Lüksemburq və Latviya C Liqasında qaldılar
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər