"Bu günü unutmalıyıq" – Ansi Aqolli

"Bu günü unutmalıyıq" – Ansi Aqolli
GÜNDƏM 28 Avqust 2015 / 01:25 7776
-  A +

“Maraqlı və gərgin oyun keçdi. Sevindirici haldır ki, azarkeşlərimizə qələbə sevincini yaşada bildik. Oyunun bol qollu keçməsi isə matça xüsusi gözəllik verdi. Əsas odur ki, qələbə qazandıq və qrup mərhələsində oynayacağıq”.

Bu sözləri Qol.Az-a açıqlamasında “Qarabağ”In futbolçusu Ansi Aqolli “Yanq Boyz”a qalib gələrək (3:0) Avropa Liqasının qrup mərhələsinə yüksəldikləri oyundan sonra deyib.

Albaniyalı müdafiəçi qələbə sevincini belə bölüşüb: “İlk dəqiqələrdən  rəqib futbolçuya qırmızı vərəqə verilməsi bizim üçün yaxşı başlanğıc oldu. Üstəlik, penalti qazanıb hesabı da açdıq. Amma bu, futbolun bir parçasıdır. Hakimin qərarına hamı hörmətlə yanaşmalıdır”.

Təcrübəli futbolçu qrup mərhələsində də yaxşı nəticə qazanacaqlarına ümid etdiyini bildirib:  “Artıq bu günü unudub, qrup mərhələsi haqqında düşünməliyik. Çalışacağıq ki, orada da uğurlu nəticələr qazanaq”.

Daha çox


Son xəbərlər
21.01.26  17:30

“Roma”da ayrılıq

21.01.26  14:47

"Jirona" güclənir